Lütvəli Şıxəliyev: “Jirinovskinin mahiyyət etibarı ilə qatı irqçi olması onun erməni millətçiləri tərəfindən idarə olunmasını asanlaşdırır”
Tarix: 02-08-2021 | Saat: 15:42
Bölmə:Manşet / Ölkə | çapa göndər

“Jirinovski kimi siyasi hoqqabazlar hər zaman ölkələr və xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin pozulmasına çalışıblar. Çünki belələri yalnız qarışıqlıq və destabillik mühitində özlərini rahat hiss edirlər. Əlbəttə ki, belə birisinin Rusiya kimi nüfuzlu dövlətin ali qanunverici orqanında yer alması ən azından anlaşılmazdır. Onun mütəmadi olaraq türk, qafqaz və orta asiya xalqlarına qarşı etdiyi təhqiramiz çıxışlar bir tərəfdən Rusiyanın qonşu ölkələrlə münasibətlərinə zərər vurmağa, digər tərəfdən də ölkə daxilində federasiya subyektləri arasında gərginliyin yaranmasına hesablanıb.”
Bu sözləri mətbuata verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev deyib.
Hakim partiya təmsilçisi Rusiya Dövlət Dumasının deputatı V.Jirinovskinin anlayışı olmadığı mövzulardan danışmağa adət etdiyini və məhz belələrinin siyasi leksikona “muzdlu siyasətçi” terminini gətirdiyini qeyd edib: “Jirinovskinin istənilən bir çıxışını izləməklə əmin olmaq olar ki, bu boşboğazın nə fikirlərində heç bir məntiq, hə də bəhs etdiyi mövzulardan bir anlayışı yoxdur. Dünyada muzdlu əsgər, muzdlu işçi anlayışları çoxdan məlumdur. Jirinovski kimilər isə muzdlu siyasətçi adlandıra biləcəyimiz bir kastanın bariz təmsilçiləridir. Bu gün özünü bütün postsovet məkanında əsil siyasi muzdur kimi təqdim etməyi bacarmış Jirinovskinin hazırkı sahibi da neofaşist ruhlu erməni lobbisidir. Onların məhz ucuz başa gələn Jirinovskini Rusiya-Azərbaycan münasibətlərini sarsıtmaq üçün bir vasitə kimi seçmələri də anlaşılandır. Məsələ bundadır ki, bir tərəfdən bu siyasi oyunbazın çıxışları hər zaman geniş kütlə tərəfindən ən azından əyləncəli şou-proqram qismində maraqla izlənir. Digər tərəfdən isə Jirinovskinin özünün də mahiyyət etibarı ilə qatı irqçi olması onu yönəltməyi asanlaşdırır. Və sözsüz ki, onun psixikasında özünü aşkar büruzə verən ciddi pozuntular da erməni lobbisinin seçiminə böyük təsir göstərib. Çünki heç bir normal insan hansısa bir muzd müqabilində öz nüfuzunu satlıq əmtəəyə çevirməz.”
Həmçinin Lütvəli Şıxəliyev xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini təmin edən ən vacib amillər bu gün artıq bütün dünyaya məlumdur və onları təhrif etmək mümkün deyil: “Azərbaycan Vətən müharibəsində tarixi Qələbəsini öz gücünə, şəhidlərinin canı, qazilərinin qanı, ordusunun qüdrəti, xalqının birliyi və Ali Baş Komandanımızın əzmi və müdrikliyi hesabına əldə edib. Bu Qələbəni əldə etmək üçün ölkədə və beynəlxalq müstəvidə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uzun müddət ərzində həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə əsaslı hazırlıq işləri görülüb. Beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək Azərbaycan üçün başlıca vəzifə idi və Azərbaycan Prezidenti yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində buna nail oldu. Həmçinin ölkənin iqtisadi potensialı qələbəni təmin etməkdə əsas amillərdən biri kimi çıxış etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin son illər yürütdüyü uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlar artıq uzun müddətdir ki, beynəlxalq dairələrin də diqqətini cəlb etməkdədir. Bu gün Azərbaycan heç kimdən asılı deyil və iqtisadi göstəricilərə görə dünyada aparıcı yerlərdədir. Güclü iqtisadiyyatımız isə bizə güclü ordu yaratmaq imkanı verib. Budur bizim tarixi Qələbəmizi təmin edən amillər. Bu həqiqətləri bütün dünya bilir və onları təhrif etmək mümkün deyil.”
Daha sonra müsahibimiz ölkəmizi və dövlətimizi təhdid etməyin yalnız qarşı tərəfin özü üçün acı nəticələr verə biləcəyini vurğulayaraq bunları deyib: “Jirinovski guya rus əsgərinin təəssübünü çəkərək Azərbaycana hədə-qorxu gəlməklə erməni lobbisinin sifarişi ilə təşkil etdiyi siyasi məzhəkə-tamaşasının kulminasiyasını oynayıb. İlk növbədə bütün dünya bilir və təsdiq edir ki, Azərbaycan hətta 44 günlük Vətən müharibəsinin gedişində belə özünün sülhsevərlik və insansevərlik prinsiplərinə heç zaman xilaf çıxmayıb. Azərbaycan ordusu yalnız döyüş meydanında düşməni məhv edib və bunu tamamilə haqlı olaraq həyata keçirib. Bu gün Rusiya hərbçiləri Azərbaycan ərazisində yalnız Azərbaycanın razılığı ilə və sülhməramlı niyyətlə yerlşdiriliblər. Biz heç kimin ölümünə razı deyilik. Lakin əgər hansısa bir qüvvələr ölkəmizin ərazi bütövlüyünə, dövlətimizin suverenliyinə təhlükə yaradarlarsa, bu zaman Azərbaycan ordusu həmin qüvvəni dərhal məhv etmək üçün bütün tədbirləri görəcək. Bundan hər kəs əmin olmalıdır. O ki, qaldı Jirinovskinin Azərbaycanı daxili iğtişaşlar və dövlət çevrilişləri ilə təhdid etməsinə, bunları da yəqin ki, o özü şəxsən Marsa növbəti səyahətindən sonra həyata keçirməyi planlaşdırır... ”
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-03-2025
15:32 Mühüm dialoq platforması