Mobil versiya
Bərpa olunan enerji mənbələri Avstriya və Azərbaycan arasında əməkdaşlıq üçün perspektivli sahədir - Nazirlik
Tarix: 02-08-2021 | Saat: 15:02
Bölmə:İqtisadiyyat | çapa göndər

Bərpa olunan enerji mənbələri Avstriya və Azərbaycan arasında əməkdaşlıq üçün perspektivli sahədir - Nazirlik

Bərpa olunan enerji mənbələri Avstriya və Azərbaycan arasında əməkdaşlıq üçün perspektivli sahədir.

Bunu Avstriyanın Avropa və Beynəlxalq İşləri Federal Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, qazıntı enerji mənbələrindən imtina qlobal tendensiyadır:

"Avstriyada hidroenerji texnologiyalarının istehsalı üzrə dünya səviyyəli şirkətlər fəaliyyət göstərir. Azərbaycan öz enerji sektorunu şaxələndirməyə çalışdığı üçün və bərpa olunan enerji mənbələrinə investisiya qoyduğu üçün bu sahədə əməkdaşlıq baxımından yaxşı imkanlar var. Avstriya şirkətləri artıq Azərbaycanda yeni layihələrin inkişafına maraq göstərib. Eyni zamanda Avstriya Azərbaycandan enerji ehtiyatlarının idxalına davam edəcək. 2019-cu ildə Azərbaycandan enerji ehtiyatlarının idxalı 440 milyon avroya çatmışdı. Pandemiya dövründə bu göstərici 75 faiz, 110 milyon avroyadək azalıb".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024