Mobil versiya
Samuxda toy məclislərinin keçirilməsi qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunublar
Tarix: 01-08-2021 | Saat: 11:58
Bölmə:Ölkə | çapa göndər

Samuxda toy məclislərinin keçirilməsi qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunublar

Samux Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Sərkar, Alıuşağı, Burunqovaq və Salahlı kəndlərində karantin rejimi qaydalarının pozularaq toy məclislərinin keçirildiyini aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildiriblər ki, araşdırmalar zamanı hər dörd ünvanda təşkil olunan toy mərasimlərində 50-dən artıq qonağın iştirak etdiyi müəyyənləşdirilib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin rejimi qaydalarını xatırladıb və mərasimin təşkilatçıları barədə inzibati protokol tərtib ediblər.

Bundan başqa, rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportunun olub-olmaması da yoxlanılıb. Araşdırmalar zamanı 40 nəfər COVID-19 pasportu olmadığına görə şadlıq saraylarına buraxılmayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025