Mobil versiya
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
Tarix: 30-07-2021 | Saat: 14:13
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub

Azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr barədə İsrailin maliyyə naziri Avigdor Libermanla fikir mübadiləsi aparılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“İsrailin maliyyə naziri Avigdor Libermanla İsraildə Azərbaycan Ticarət və Turizm nümayəndəliklərinin açılmasının ölkələrimiz üçün əhəmiyyəti, qarşılıqlı ticarətin genişləndirilməsi, vergi məsələləri, investisiya sahəsində əməkdaşlıq, həmçinin azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024