Mobil versiya
Nazirlik: “Şadlıq evlərində işçi heyəti və qonaqlar arasında vaksinləşmə səviyyəsi artır”
Tarix: 29-07-2021 | Saat: 16:33
Bölmə:İqtisadiyyat | çapa göndər

Nazirlik:

Şənlik məkanlarında tədbirlərin başlanmasına icazə verildiyi tarixdən bu günədək aidiyyəti qurumlar tərəfindən 1300-dən çox obyektdə monitorinq aparılıb. Təhlillər göstərir ki, əksər şadlıq evlərində karantin qayda və tələblərinə əməl olunur, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artır.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, maarifləndirmə tədbirlərinə başlandığı vaxtdan ötən dövr ərzində xidmət persolanının vaksinləşmə göstəricisi 42,5%-dən 80%-dək yüksəlib.

Bununla belə, monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə qayda pozuntusu hallarına da rast gəlinir. İndiyədək monitorinq aparılan tədbirlərdə iştirak edən 160 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 17,5 minə yaxın qonağın sənədində nöqsanlar aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 740 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.

Əsas rast gəlinən pozuntu halları məkan sahiblərinin şənlik mərasimlərini icaze.e-gov.az portalında qeydə alınmadan təşkil etməsi, zalların ölçüsü imkan vermədəyi halda, daha çox qonaq üçün sifariş qəbul edilməsi, toylarda qonaqların say və stollararası məsafə məhdudiyyətinin pozulmasıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024