Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağı üzrə görüləcək növbəti işlər müəyyənləşdirilib
Tarix: 29-07-2021 | Saat: 15:42
Bölmə:İqtisadiyyat | çapa göndər
28 iyul 2021-ci il tarixində Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək Hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə yaradılmış Birgə İşçi Qrupunun üçüncü iclası çərçivəsində Türkmənistanda səfərdə olub.
Energetika Nazirliyindən aia.az-a verilən məlumata görə, “Dostluq” yatağı üzrə Birgə İşçi Qrupunun üçüncü iclası Aşqabad şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkmənistanın dövlət naziri, “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanovun həmsədrliyi ilə keçirilib. İclasda Hökumətlərarası Əməkdaşlıq haqqında Saziş layihəsi üzrə görülmüş işlər nəzərdən keçirilib və növbəti addımlar müəyyənləşdirilib.
Xatırladaq ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumu 2021-ci ilin 21 yanvar tarixində imzalanıb. “Dostluq” yatağı üzrə əməkdaşlığa dair Hökumətlərarası Saziş layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan tərəfindən İşçi Qrupu isə Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2021-ci il tarixli Sərəncamı ilə yaradılıb. İndiyə kimi Birgə İşçi Qrupunun üç, İşçi Qrupu nəzdində yaradılmış Birgə Ekspertlər Qrupunun isə dörd iclası keçirilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu