Mobil versiya
Rza Zərrabı ayaqları zəncirli hakim qarşısına gətirdilər
Tarix: 27-04-2016 | Saat: 22:23
Bölmə:Şou-biznes | çapa göndər

Rza Zərrabı ayaqları zəncirli hakim qarşısına gətirdilər




Xəbər verdiyimiz kimi, bu axşam ABŞ-da saxlanılmış azərbaycanlı iş adamı, Türkiyə vətndaşı Rza Zərrabın ilk məhkəmə iclası keçirilib.

aia.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Rza Zərrab məhkəmə zalına göy uniformada, ayaqları zəncirli, əlləri açıq şəkildə gətirilib.

Bildirilir ki, məhkəmə prosesi iyunun 16-na təxirə salınıb. Həmin gün məhkəmənin ikinci iclası keçiriləcək.

* * *11:24

Bu gün Türkiyə vətəndaşı, Azərbaycan əsilli tanınmış iş adamı Rza Zərrabın məhkəməsi başlayır.

AIA.az xəbər verir ki. bu barədə Nyu-York cənub bölgəsinin baş prokuroru Prit Bharara özünün "Twitter" mikrobloqunda yazıb.

"Müttəhim Rza Zərrab çərşənbə günü Manhattan Federal Məhkəməsində hakim Riçard Bermanın qarşısına çıxacaq", - prokuror yazıb. Həmçinin qeyd olunur ki, məhkəmə iclası yerli vaxtla səhər saat 10-da (Bakı vaxtı ilə 18:00-da) başlayacaq.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmaqda, bank sahəsində saxtakarlıqda və "çirkli pulları yuyulmasında" şübhəli bilinir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024