Mobil versiya
Türkiyədə də peyvənd olunmayanlar restorana buraxılmaya bilər
Tarix: 27-07-2021 | Saat: 17:17
Bölmə:Qərbi Azərbaycan / Dünya | çapa göndər

Türkiyədə də peyvənd olunmayanlar restorana buraxılmaya bilər


Türkiyənin “Turizm və Restoran İşində İnvestorlar Birliyi”nin (TURYİD) İdarə Heyətinin sədri Kaya Demirer ölkədə ictimai iaşə məkanları və vaksinlə bağlı ölkə rəhbərliyinə iki təklif irəli sürüb.

AİA.Az “Hürriyet”ə istinadən xəbər verir ki, o ilk olaraq sentyabrın 1-dən etibarən restoran, kafe, gecə klubu, idman zalı, kinoteatr, konsert və mərasim zalları kimi məkanlara yalnızca 2 doza vaksin vurdurmuş insanların girişinə icazə verməyə səsləyib.

Kaya Demirerin ikinci təklifi sentyabrın 1-dən 2 doza vaksin vurdurmaqdan imtina etmiş şəxslərin işəgötürənin təşəbbüsü ilə təktərəfli bir qərar ilə ödənişsiz məzuniyyətə çıxarılması təklifidir.

O əlavə edib ki, müvafiq qərarın avqustun 1-i qüvvəyə minməsi vaksin olunmamış şəxslərə 4 həftə ərzində peyvənd qəbul etmək şansı yaradacaq.

Demirer vurğulayıb ki, bu iki təklif hökumətin dəstəyi ilə gerçəkləşə bilər.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024