Mobil versiya
Tanınmış restorandan “şortik” geyinən kişilərə qadağa
Tarix: 27-07-2021 | Saat: 17:11
Bölmə:Gündəm / Media | çapa göndər

Tanınmış restorandan “şortik” geyinən kişilərə qadağa


Bakıda yerləşən məşhur "Qoşa Qala" restoranı rəsmi instagram hesabında kişi müştərilər üçün müəyyən qadağalarla bağlı post paylaşıb.

AİA.Az xəbər verir ki, paylaşımda qeyd olunub ki, restorana aid xüsusi dres-kod mövcuddur:

"Bu səbəblə restorana şort və dabancıq ayaqqabı ilə (başmaqla) giriş, təəssüf ki, mümkün deyil. Sözügedən bildiriş yalnız bəylərə şamil olunur. Həmçinin restoran ərazisində ev heyvanları ilə gəzintiyə icazə verilmir".

Sosial şəbəkələrdə sözügedən qadağa geniş müzakirə olunaraq tənqid olunub.

Qeyd edək ki, daha əvvəl də şortik geyinən kişilərə qarşı müəyyən məhdudiyyətlər olub.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə