Mobil versiya
Lisey və gimnaziyaların boş qalan yerlərinə müraciətlərin qəbulu yekunlaşır
Tarix: 27-07-2021 | Saat: 11:38
Bölmə:Təhsil | çapa göndər

Lisey və gimnaziyaların boş qalan yerlərinə müraciətlərin qəbulu yekunlaşır

İyulun 27-də Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlərin qəbulu başa çatır.

Təhsil Nazirliyindən verilən məlumata görə, müraciətlər bu gün saat 16:00-dək qəbul edilir.

Müraciət üçün müvafiq linkə daxil ola bilərsiniz: https://cutt.ly/bm7oBje.

Qeyd olunmuş tarixdən sonra lisey və ya gimnaziya seçimi mümkün olmayacaq. Nəticələr 30 iyul 2021-ci il tarixinədək şəxsi kabinetlərə göndəriləcək.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024