AZ RU Mobil versiya
YAP Samux rayon təşkilatının nümayəndələri Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər - FOTOLAR
Tarix: 22-07-2021 | Saat: 11:53
Bölmə:Ölkə | çapa göndər

YAP Samux rayon təşkilatının nümayəndələri Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

21 İyul 2021-ci il tarixdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramovun rəhbərliyi ilə Gənclər Birliyinin üzvlərinin və partiya fəallarının şəhid ailələrini Qurban bayramı münasibətilə ziyarət etmələri təşkil edilib. Gənclər Birliyinin üzvləri və partiya fəalları şəhid ailələrinin doğmalarını ziyarət edərək qayğıları ilə maraqlanıblar. Görüşlərdə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirələri ehtiramla anılıb. Qeyd edilib ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi uğrunda canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, fəxr edir və qürur duyuruq.

Daha sonra qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən qazanılan Böyük Zəfər otuz ildən çox davam edən ədalətsizliyə son qoyub. Xalqımızın qəhrəman əsgər və zabitlərinin fədakarlığı, şəhidlərin canı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Şəhidlərimizin intiqamı döyüş meydanında alınıb. Ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin, müharibə veteranlarının və əlillərinin dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial müdafiəsinin gücləndirilməsinin daim diqqətdə saxlanıldığı ifadə edilib. Daha sonra şəhid ailələrinə bayram sovqatları təqdim olunub.

aia.az
[xfvalue_fotolar image="11"] [xfvalue_fotolar image="12"] [xfvalue_fotolar image="13"] [xfvalue_fotolar image="14"] [xfvalue_fotolar image="15"] [xfvalue_fotolar image="16"] [xfvalue_fotolar image="17"] [xfvalue_fotolar image="18"] [xfvalue_fotolar image="19"] [xfvalue_fotolar image="20"] [xfvalue_fotolar image="21"] [xfvalue_fotolar image="22"] [xfvalue_fotolar image="23"] [xfvalue_fotolar image="24"] [xfvalue_fotolar image="25"] [xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5109 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2021
24-09-2021