Mobil versiya
Deputat Aqiyə Naxçıvanlı: Şəhidlərimizin uyuduğu hər yer bizim üçün müqəddəsdir! - FOTOLAR
Tarix: 17-07-2021 | Saat: 15:23
Bölmə:Gündəm | çapa göndər

Deputat Aqiyə Naxçıvanlı: Şəhidlərimizin uyuduğu hər yer bizim üçün müqəddəsdir!


Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı Oğuz rayonunun Xaçmaz kəndində ucaldılmış “Şəhidlər xiyabanı”nı ziyarət etmişdir. Xiyabanda Şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Seşiciləri ilə birlikdə məzarlar önünə gül dəstələri qoyan deputat Aqiyə Naxçıvanlı Şəhidləri ehtiramla yad etmiş, mərasim iştirakçıları önündə nitq söyləmişdir. O, ikinci Qarabağ müharibəsinin Azərbaycan xalqının şanlı tarixi kimi yaddaşlara həkk olunmasından bəhs edərək artıq bütün şəhidlərimizin qisasının alındığından danışaraq, bildirmişdir ki, işğal altında olan torpaqlarımızı məhz şəhidlərimizn qanı bahasına geri qaytarmışıq. Bizim şəhidlərimiz haqq yolunda şəhid olublar. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edlmiş torpaqlarda qürurla dalğlanır. Əsgərlərimizin qəhrəmanlığı nəticəsində dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və əbədi yaşayacaqdır. Bu qələbənin memarı isə Ali Baş Komandan, Azərbaycan xalqının sevimli Prezidenti Cənab İlham Əliyevdir. Məhz onun mükəmməl strategiyası, siyasətlə birgə hərb işinin incəliklərini bilməsi nəticəsində 30 ildir dayanmadan istehkam quran erməni ordusunun 6 pilləli müdafiə xətti bir necə gündə darmadağın edildi və ordumuz gözlənilən itkilərdən qat-qat az itki verərək şanlı qələbəyə sahib oldu. Bu xalqımızın Prezidentlə birgə fəaliyyətinin nəticəsi idi. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi: “Bizi qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, bizi qələbəyə aparan Vətən sevgisi idi. Ən başlıca faktor, ən başlıca amil Vətən sevgisi!”.

Bəli bu 44 gündə Azərbaycan xalqı bir dəmir yumruq olaraq Ali Baş Komandan ətrafında sıx birləşdi və öz torpaqlarını mənfur düşməndən geri qaytardı. Artıq münaqişə həll olunmuş, regionda yeni inkişaf mərhələsi başlanılmışdır. İnkişafa tövhə verən yeganə dövlət isə Azərbaycan dövlətidir. Bunlarla bərabər Şəhid olmuş hərbçilərimizın ailələri, qazilərimiz, Vətən müharibəsi iştirakçıları ölkə başçısı tərəfindən nəzarətə götürülmüş, onların qayğı və problemlərinin həlli istiqamətində ciddi addımlar atılmağa başlanılmışdır. Bütün şəhid ailələrinə birdəfəlik ödənişlər, onların valideynlərinə, övladlarına müavinətlər təyin olunmuş, qazilərimizin müayinə və müalicəsi üçün həm respublikada, həm də xaricdə imkanlar yaradılmış, müharibə iştirakçılarına fəxri adların və medalların verilməsi təmin olunmuşdur. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, Azərbaycan hökuməti daim onların yanındadır. Bu Azərbaycan xalqının maraqlarına cavab verən dövlət siyasətidir. Tədbirdən sonra şəhid ailələri ilə görüş keçirilmiş, onların problemləri, təklif və xahişləri dinlənilmişdir. Çıxış edən “Vətən Müharibəsi Qəhrəmanı” Nail İbrahimlinin anası Aqubət İbrahimova dövlətimiz, Prezidentimiz Cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmiş, müharibə iştirakçılarının fəxri adlarla təltif etməsini yüksək dəyərin nümunəsi olduğunu söyləmişdir. Şəhid Nurlan Əhmədlinin, Rəvan Lətifovun anaları da söz alaraq oğulları ilə fəxr etdiklərini, “əvvəllər övladlarının tək onların evlərində yaşadıqlarını, indi isə bütün xalqımızın qəlbində, yaddaşında məskən saldıqlarını” qeyd edərək bu şanlı qələbədə onların da paylarının olmasından qürurla danışmışlar.

Deputat Aqiyə Naxçıvanlı görüşün sonunda fərdi şəkildə ona yaxınlaşan şəhid anası Çiçək Əhmədova, Rəqimə Mustafayeva, şəhid atası Ətirxan İsayev, qazi Rəşıd İsazadə ilə söhbət etdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2024