Mobil versiya
Könül Nurullayeva Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlamentin komitə üzvü seçilib
Tarix: 15-07-2021 | Saat: 21:30
Bölmə:Manşet / Ölkə | çapa göndər

Könül Nurullayeva Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlamentin komitə üzvü seçilib


Milli Məclisin Deputatı Könül Nurullayeva, 13-17 iyul tarixlərində Montoneqro Respublikasının Parlamentində keçirilən Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlamentin 6-cı plenar sessiyasında iştirak edir. Tolerantlıq və Sülh üçün Beynəlxalq Şuranın Prezidenti Ahmed Aljarwan-nın rəhbərliyi altında keçirilən tədbirin bugünki iclasında Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlamentin komitələrinin yenidən formalaşması məsələsi gündəliyin əsas mövzularından biri idi. Təşkilatın Azərbaycandan seçilmiş parlament üzvü olan millət vəkili K.Nurullayeva Beynəlxalq Əlaqələr komitəsinin üzvü seçilib.

Tədbirin gündəliyində qeyd edilən əsas mövzular arasında üzv ölkələrdəki beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsi, tolerantlıq və sülh prinsiplərinin təşviqi və inkişafının vacibliyi, münaqişə zonalarında ekoloji terrora qarşı mübarizə kimi məsələlər yer almaqdadır.
Qeyd etmək lazımdır ki, bu tədbir ölkəmizin beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsində nümayiş etdirəcəyi mövqeyi baxımından böyük əhəmiyyət kəsb edir.


Milli Məclisin deputatı Könül Nurullayeva seçiciləri ilə növbəti səyyar görüşünü keçirib.

Milli Məclisin Deputatı Könül Nurullayevanın Nizami rayon seçiciləri ilə görüşləri müntəzəm olaraq davam edir. İyulun 8-də millət vəkili K.Nurullayeva Nizami Rayon İcra Hakimiyyəti Rayon təsərrüfatı şöbəsinin müdiri Tariyel Tahirov ilə birgə Q.Qarayev küçəsi 69, 73, 81, və 83 ünvanlarında yaşayan Nizami rayon sakinləri ilə görüş keçirib və onların rastlaşdığı gündəlik problemlər ilə yaxından tanış olub.

Sakinləri narahat edən problemlərin aidiyyatı üzrə müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bu və ya digər məsələlər ilə bağlı verdikləri suallar ətraflı cavablandırılıb və problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları izah edilib.

K.Nurullayevanın Deputat Qərargahından verilən məlumata görə, qaldırılan məsələlər əsasən yol kənarlarındakı işıq dirəklərinin təmiri, bloklardakı pilləkənlərın yararsız vəziyyətdə olması, yuxarı mərtəbələrdə suyun təzyiqinin aşağı olması, yaşayış yerlərinə yaxınlıqda yerləşən obyektlərdə gecə saatlarında səsucaldıcıların istifadəsi, it sürülərinin camaatı narahat etməsi və yaşayış binalarının zirzəmi qatının kanalizasiya sularından təmizlənməsi məqsədiylə əsaslı təmiri ilə bağlı olub.

Səyyar görüş sonu sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.



Aia.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025