Mobil versiya
Memarlıq və İnşaat Universitetinin müvəffəqiyyət göstərici ötən illə müqayisədə xeyli yüksəlib
Tarix: 14-07-2021 | Saat: 16:06
Bölmə:Təhsil | çapa göndər

Memarlıq və İnşaat Universitetinin müvəffəqiyyət göstərici ötən illə müqayisədə xeyli yüksəlib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ilində Elmi şuranın son iclası keçirilib.

AzMİU-dan bildirilib ki, iclası açıq elan edən rektor Gülçöhrə Məmmədova gündəlikdəki məsələlərə keçməzdən əvvəl Mexanika kafedrasının müdiri, professor İsmayıl Sadıqovu 80, Azərbaycan dili və pedaqogika kafedrasının professoru Alimə Osmanzadəni 70, Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı, dosent Gülnarə Əsgərəlizadəni 60 illik yubileyləri münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədris işləri üzrə prorektor Akif Qasımov 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının, istehsalat təcrübələrinin keçirilməsi, buraxılış işlərinin, magistr dissertasiyalarının müdafiəsi barədə hesabatla çıxış edib. Prorektor pandemiya dövründə universitetdə dərslərin məsafədən tədrisi istiqamətində görülən işlərdən bəhs edib, yaz imtahan sessiyasının uğurlu nəticələri barədə şura üzvlərini məlumatlandırıb. Qeyd edib ki, ötən illə müqayisədə müvəffəqiyyət göstərici xeyli yüksəlib. Ümumi universitet üzrə builki ilkin nəticələr müvəffəqiyyət göstəricisi üzrə 77 faiz, keyfiyyət göstəricisi üzrə isə 12 faiz təşkil edir.

A.Qasımov imtahan prosesində şəffaflığın təmin olunması, tələbələrin şikayət və təkliflərinin vaxtında cavablandırılması məqsədilə AzMİU-da Apellyasiya Komissiyasının və “Qaynar xətt”in fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Hesabatdan sonra Şura üzvləri gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Rektor görüləcək işlərlə bağlı tövsiyələrini verib və müzakirəyə çıxarılan hər bir məsələni AzMİU-nun gələcək inkişafını şərtləndirən başlıca məqamlar kimi səciyyələndirib.

İclasda cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024