Düşmən təxribatı zamanı Cocuq Mərcanlıda dağılan tikililərdə təmir-bərpa işləri başa çatıb
Tarix: 14-07-2021 | Saat: 15:42
Bölmə:İqtisadiyyat | çapa göndər
Qırx dörd günlük Vətən müharibəsində Cocuq Mərcanlı kəndi düşmən təxribatına məruz qalan yaşayış məntəqələrindən biri olub. Düşmən tərəfindən kəndə atılan artilleriya atəşləri bir çox dağıntılar törədib. Kənddə 47 tikili dağılıb. Artıq zərər görən tikililər təmir-bərpa edilib, bir qeyri-yaşayış binasında isə işlər aparılır.
Erməni təxribatı zamanı yaşayış evi dağılan kənd sakinlərindən biri də Savalan Xəlilovdur. Birinci Qarabağ müharibəsi zamanı doğma Cəbrayılını tərk etməli olan müsahibimiz 2016-cı il aprel zəfərindən sonra Cocuq Mərcanlıya qayıdan sakinlərdəndir. O, Vətən müharibəsi zamanı digər Cocuq Mərcanlı kəndi sakinləri kimi öz el-obasını tərk etmədi. Savalan Xəlilov deyir ki, döyüşlər başlayan gündən erməni təxribatçıları mütəmadi olaraq bu yerləri atəş altında saxlayaraq sakinləri qorxutmağa çalışsa da, öz niyyətinə çata bilmədi. “Biz öz güclü ordumuza güvənərək kəndimizdə həyatımıza davam etdik. Ordumuzun gücünə tab gətirməyən hiyləgər ermənilər dinc əhalini atəşə məruz qoyduğu üçün bizim kənddə də dağıntılar qeydə alındı. Bu gün dağıdılan evlər dövlətimiz tərəfindən inşa edilib, kənddə həyat öz axarı ilə davam edir. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarıq”, - deyə kənd sakini söyləyib.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu