Mobil versiya
Taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub
Tarix: 12-07-2021 | Saat: 10:03
Bölmə:İqtisadiyyat | çapa göndər

Taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub

Azərbaycanda buğda bitkisinin, xüsisilə də bərk buğdanın vətəni hesab olunur. Bu bitki respublikanın bütün iqtisadi rayonlarında hal-hazırda becərilməkdədir. Qida, qənnadı, makaron, çörəkbişirmə sənayesinin əsas xammalı olan buğda bitkisi respublikanın təxminən 1 milyona yaxın əkin sahəsini əhatə edir. Belə ki, bu sahənin inkişaf etdirilməsi ölkə üçün çox əhəmiyyətlidir. Xüsusi əhəmiyyət kəsb edən taxılçılq sahəsinin inkişaf etdirilməsi hər zaman dövlətimizin diqqət mərkəzində saxlanılır.

Bu sahədə yüksək və keyfiyyətli məhsul əldə olunması üçün, dövrün tələbatına cavab verən yeni məhsuldar və keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı sortların yaradılmasına ehtiyac duyulur. Hal-hazırda bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda müxtəlif istiqamətlərdə elmi tədqiqat işləri həyata keçirilir. Tədqiqatlar nəticəsində əldə olunan yeni sortlar müxtəlif bölgələrdə fermer təsərrüfatlarında sınaqdan keçirilir. Əlamət və xüsusiyyətləri yüksək olan bu sortların seçilərək daha geniş ərazilərdə becərilməsi alimlərimiz tərəfindən tövsiyyə olunur. Lakin yaradılan yeni sortlara düzgün aqrotexniki qulluq göstərilməsi çox vacibdir.

Bu gün Əkinçilik Elmi-Tədqiqat İnstitutu olaraq Şəki rayonu ərazisində fəaliyyət göstərən fermerlərə gələcəkdə elmi təminatlar əsasında verəcəyimiz tövsiyyələr yüksək və keyfiyyətli məhsulun əldə olunmasına təminat verəcək. Şəki rayonu taxılçılıq sahəsində xüsusi əhəmiyyətə malik olan regiondur. Bu baxımdan əsas məqsəd regionda taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsinə nail olmaqdır. Bunu nəzərə alaraq Şəki rayonu ərazisində fəaliyyət göstərən iki nəfər fermerlə, Şəki rayonunun Şorsu kənd sakini Əsgərov Əfqan Vaqif oğlu və Qaratorpaq kənd sakini Məmmədov Natiq Məmməd oğlu ilə Əkinçilik Elmi- Tədqiqat İnstitutu arasında Şəki Dayaq Məntəqəsi, Şəki DAİM, Şəki Regional Təlim Mərkəzinin birgə iştirakı ilə əməkdaşlıq müqavilələri imzalanıb. Müqavilələrin üstünlüyü ondadır ki, fermerlər Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək, taxılçılıqda düzgün aqrotexniki qaydalara riayət etməklə yüksək və keyfiyyətli məhsul əldə edəcəklər.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024