Mobil versiya
Ayaz Hüseynov: Dərman preparatlarının regionlara çatdırılması hemofiliyalı xəstələrin həyat keyfiyyətini yaxşılaşdırıb
Tarix: 10-07-2021 | Saat: 15:36
Bölmə:Səhiyyə | çapa göndər

Ayaz Hüseynov: Dərman preparatlarının regionlara çatdırılması hemofiliyalı xəstələrin həyat keyfiyyətini yaxşılaşdırıb

Hemofiliyalı pasiyentlərin dövlət proqramı çərçivəsində maliyyələşən laxtalandırıcı dərman preparatları ilə təminatı əvvəlki illərlə müqayisədə pik həddə çatıb. Qan xəstəliklərindən əziyyət çəkənlər üçün vacib olan həmin dərman preparatlarının regionlara çatdırılması pasiyentlərin həyat keyfiyyətinin əsaslı dəyişiminə səbəb olub.

Bunu Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov deyib.

Regionlarda yaşayan hemofiliyalı xəstələri nümunə göstərən A.Hüseynov qeyd edib ki, 2-ci qrup əlilliyi olan pasiyentin vacib dərman preparatlarını əldə etmək üçün Şəmkirdən Bakıya il ərzində 27 dəfə gəlməsi, onun qansızma nəticəsində kəskin ağrılarla 27 min kilometr qət etməsi demək idi. Hazırda isə belə pasiyentlərin lazımi aylıq dərman dozası regional qan banklarına çatdırılır. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov bu uğurlara beynəlxalq kriteriyalara əsaslanaraq, qısa müddətdə nail olub.

Ayaz Hüseynov cari ilin əvvəllərində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının Milli Hematologiya və Trasfuziologiya Mərkəzində qeydiyyatda olan digər laxtalanma pozuntusundan əziyyət çəkən pasiyentlər və onların valideynləri arasında aparılan monitorinqin nəticələri barədə də məlumat verib: “Məlum olub ki, məhz 2020-ci ilin ikinci yarısından etibarən mərkəzdə pasiyentlərin müalicəsi və həkim-xəstə münasibətlərində irəliləyişlər var, həmçinin mərkəzin idarəetmə sistemi və xəstəliklərin müalicəsində yüksək keyfiyyətli xidmətlər tətbiq olunur. Valideynlər bildiriblər ki, əvvəlki dönəmlərdən fərqli olaraq, indi Milli Hematologiya və Transfuziologiya Mərkəzinə böyük inam və ümidlə gedirik.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024