Həkim-epidemioloq: Vətəndaşların ilkin tibbi yardım metodlarını bilməsi vacibdir
Tarix: 10-07-2021 | Saat: 12:30
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tövsiyə edir ki, səyahətçinin tibbi çantası mütləq olmalıdır. Yüksək təzyiq, şəkərli diabet və yaxud da remisiya (simptomsuz) dövrünü keçirsə də, kəskinləşmə ehtimalı olan bəzi xroniki xəstəliklərdən əziyyət çəkənlər mütəmadi olaraq dərman qəbul edirlər. Belə xəstələr səyahət edən zaman həmin dərman preparatlarını mütləq tibbi çantalarına əlavə etməlidirlər. Çünki iqlimini dəyişən turistin xroniki xəstəliklərinin başqaldırma ehtimalı çoxdur. Nəzərə almaq lazımdır ki, səyahətçiyə lazım olan dərman preparatları müxtəlif ölkələrdə fərqli adlarla satıla və yaxud da daxili qaydalara görə, onların reseptsiz satışına qadağa qoyula bilər. Fərqli dərman preparatlarından isə həkim tövsiyəsi olmadan istifadəni məsləhət görmürük.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri, həkim-epidemioloq Yaqut Qarayeva “Səyahət sağlamlığı” mövzusundakı çıxışında deyib.
O bildirib ki, vətəndaşlar, xüsusən körpəsi olan valideynlər səyahət zamanı xüsusi məlhəmləri özləri ilə götürməlidirlər: “Bədənə çəkildiyi zaman həmin məlhəmlərin qoxusu bəzi həşəratların yaxınlaşmasının qarşısını alır. Həşəratlardan qorunmaq üçün geyim seçiminə diqqət edilsə də, bu, xüsusən isti havalarda mümkün olmur. Odur ki, bədənin açıq qalan hissələrinə qoruyucu gel və mazlar çəkilməlidir. Nəzərə almaq lazımdır ki, bədəndə qalmasını təmin etmək üçün məlhəmi gün ərzində bir neçə dəfə yeniləmək lazımdır. Turistlərin, həmçinin günəş kremlərindən istifadəsi də vacibdir.
Səyahət zamanı səhhətində problem yarananlar yerli tibb işçisinə müraciət etməlidirlər. Bütün hallarda, hər kəs ehtimalları nəzərə alaraq, ilkin tibbi yardım metodlarını bilməlidir. Bəzi ilkin tibbi yardım üsulları tibb işçisinin müdaxiləsindən qabaq tətbiq edilərsə, məhz onun hesabına xəstənin həyatını xilas etmək mümkün olar”.
Yaqut Qarayeva, həmçinin səyahətin sağlamlıq üçün faydalarından da bəhs edib: “Yeni növ koronavirus (COVID-19) pandemiyası dönəmində, hesab edirəm ki, hər kəsin səyahət etməyə ehtiyacı var. Çünki vətəndaşlar çox yorulublar. Rutin həyatdan uzaqlaşaraq səyahət etmək insan psixologiyasına müsbət təsir göstərir. Beləliklə, 1-2 il ərzində oturaq həyat tərzi keçirənlər səyahət müddətində fiziki aktivliklə məşğul olurlar. Səyahət pozitiv emosiyalar bəxş etdiyi üçün olduqca faydalıdır. Həmçinin səyahət zamanı dəniz sahilində günəşlənmək, müxtəlif idman növləri ilə məşğul olmaq xeyirlidir. Bəzi turistlər isə xüsusən tarixi yerləri, muzeyləri ziyarət etməyi xoşlayırlar. Bu da turistin emosional vəziyyətinə təsirsiz ötüşmür. Bəzən bir həftəlik istirahət bir illik emosional yorğunluğun aradan qalxmasına səbəb ola bilər”.
AIA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər