Mobil versiya
Prokurorluq Füzulidə 2 nəfərin minaya düşməsi barədə məlumat yaydı
Tarix: 08-07-2021 | Saat: 15:45
Bölmə:Ölkə | çapa göndər

Prokurorluq Füzulidə 2 nəfərin minaya düşməsi barədə məlumat yaydı

Füzuli rayon prokurorluğu rayonun işğaldan azad edilən ərazilərdə iki nəfərin minaya düşməsi barədə məlumat yayıb.

Prokurorluqdan aia.az-a verilən məlumata görə, iyulun 8-də saat 14 radələrində 2 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimovun nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025