Mobil versiya
"Kimə nə etdim ki, bu duruma düşdüm" - Samiranın etirafları
Tarix: 07-07-2021 | Saat: 13:59
Bölmə:Şou-biznes | çapa göndər

"Kimə nə etdim ki, bu duruma düşdüm" - Samiranın etirafları

"Tələbkar ana deyiləm. Mənim kimi ana yoxdur. Nə istəyirlər, edirəm. Kaprizli də böyütməmişəm, amma onlarla hər zaman dost kimi olmuşam. Balalarıma gündə milyon dəfə deyirəm ki, bilirsən səni nə qədər çox sevirəm? Nə yaxşı ki, həyatımda varsan. Səni verənə şükür. Uşaqlıqdan özümün sevgiyə ehiyacı olub. Almadığım sevgini öz uşaqlarıma ötürürəm".

AİA.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Samira ƏliMəryəm "Üzə-düz" verilişində deyib. Övladlarından danışan sənətçi yaşadığı çətinliklərdən söz açıb:

"Bu dünyada xoşbəxtlik axtarmıram. Əlim-qolum varsa, düşünürəm, gəzirəm. Övladlarım var. Bu xoşbəxtlik deyilmi? Ölməmişəmsə, bu xoşbəxtlik deyilmi?! Uşaqlarımın adını götürsəm də, amma onlar barədə danışmağı sevmirəm. Çünki bu, mənim şəxsimdir. Öz problemlərim, həyatım, çəkdiyim əziyyətlər mənimdir. Ona toxunmağı sevmirəm. Heç kim mənim çəkdiyim əzabları çəkməyəcək. Dəstək olmayacaq. O yükü mən daşıyacam boynumda. Çox çirkin bir missiyadır başqasının haqqında danışmaq. Özünüzlə məşğul olun!

Oğlum və qızım musiqiyə yox, başqa iş sahəsinə gedəcək. Bir balaca zümzümə edirsə, rəqs edirsə, o demək deyil ki, sənətə gəlməlidir. Çox gözütox insanam. Həyatımda da nə baş verdisə, inanın ki, mən istəmədən oldu. Bütün yaşadıqlarımın arxasınca qaçmadım, təkcə sənətimdən başqa. Demək ki, olmalı imiş - imtahanım idi. İmtahanım idisə, ondan düzgün keçməli idim. Keçdimsə, bu mənim uğurum idi. Güclü olmaqdan da, bezirəm. Deyirəm artıq güclü olmaq istəmirəm. Özümə həddindən artıq tənqidi yanaşıram".

Samira sənət adamlarının ünvanına deyilən tənqidlərdən bəhs edib. O bildirib ki, sosial şəbəkələrdə yazılan tənqidlər onu çox incidir:

"Bəzən çox xətrimə dəyir. Sanki, həyatda nə kimi problemlər var, hamısının günahkarı məşhurlar, müğənnilərdir. Kimlərsə sosial şəbəkədə populyar olmaq istəyir. Əgər siz onları bizim sənətlə qarışdırırsınızsa, müqayisə edirsinizdə, olmaz! Bu nə sənət, nə də özfəaliyyətdir. Bizim gözəl sənətkarlarımız var, hansı ki, vətənimizi xaricdə də təmsil edirlər. Oxuduğumun 70-80 faizi elə təmənnasız olub. Hər yerdə pulsuz oxu, canla-başla etmişəm. Bunları da işıqlandırmaq lazımdır. Milyon dəfə yaxşılıq edirik, amma bir dəfə nəsə olsa, deyəcək ki, səhvi var, oxuya bilmir".

İfaçı keçirdiyi çətin günləri belə ifadə edib:

"Təklikdə ağlayıram. Milyonların qarşısında ağlayıramsa, o böyük hadisə olmalıdır. Anamla danışanda, dərdləşəndə ağlayıram özü də necə? Çox kövrək insanam. Bəzən deyirəm, mən kimə neylədim ki, mən bu durumdayam?! Rəfiqələrim deyir ki, şükür elə. Buna layiq deyildim. Hər kəsə qışqırasan ki, ürəyinin içindəkiləri çatdıra biləsən. Amma demirsən, susursan və həyatına davam edirsən. Sirrimi hər adamla bölüşmürəm. Həyatımda elə insanlar olub ki, onlarla dərdimi paylaşmışam, amma məni satıblar. Artıq güvənim itib. Başa düşdüm ki, insanlar saf deyil. Çox az sayda dost ələkdən keçə bilir. Mənim üçün indi insanlar daha qorxuludur. Bağışlayanam, amma həmin insanla daha bir yolu getmərəm. Yaralı məqamıma toxunsa, xətt çəkirəm".

Samira bildirib ki, özünə qoyduğu qadağalar uğur qazanmasına mane olur:

"Daha çox uğurları əldə edə bilərdim. Amma özümə müəyyən qadağaları qoyduğum üçün tam da o olmadı. Bu sənət elədir ki, sən o qayda-qanunları məhv edib, yalnız irəli getməlisən. Mənim olmazlarım var. Həyatı başqa cür qəbul edirəm. Xanım üçün bu sənət çox çətindir. Sənət və ailəni ikisini birgə idarə etmək asan deyil. Qadağalarım olmasa idi, kim bilir mən Hollivudda olardım".

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024