Allahverən Əliyev: “Azad İqtisadi Zonasının yaradılması Azərbaycanın yeni möhtəşəm uğuru olacaq”
Tarix: 06-07-2021 | Saat: 16:30
Bölmə:Siyasət | çapa göndər

“Ələt Azad İqtisadi Zonası əsas etibarilə müasir elmi texnologiaylara əsaslanan və yeni sənaye dövrünün tələblərinə cavab verən çoxşaxəli iqtisadi layihədir. Azərbaycanın qısa bir müddət ərzində dünyaya təqdim edəcəyi bu yeni modelin əsas hədəfi də ölkə iqtisadiyyatının qeyri-neft seqmentinin inkişafına güclü təkan verməkdir. Yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılıması, yeni rəqabətqabiliyyətli və səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsi də bu hədəfə nail olmaq üçün müəyyən edilmiş əsas istiqamətlərdir.”
Bu sözləri YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev deyib.
Hakim partiyanın təmsilçisi bildirib ki, Azad İqtisadi Zonanın yaradılması ideyasının təməlində Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət dayanır: “İlk növbədə birmənalı olaraq qeyd olunmalıdır ki, Azad İqtisadi Zonanın yaradılması ideyasının təməlində məhz Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət dayanır. Belə ki, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Məsələ bundadır ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlətin və yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Məhz buna görə, bu zonanın yaradılması Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq. Müəssisələr rəqabətqabiliyyətli məhsul istehsal edəcək və qeyri-neft sektorunun ixrac imkanları genişlənəcək.”
Daha sonra Allahverən Əliyev deyib ki, Ələt Azad İqtisadi Zonasında sərmayəçilərə əhəmiyyətli güzəştlərin və iqtisadi stimulların nəzərdə tutulması bu layihənin cəlbediciliyini və effektivliyini daha da artırır: “Bütün dünyada Azad iqtisadi zonalar xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Hazırda 100-dən çox ölkədə 1000-dən artıq xüsusi iqtisadi zonalar fəaliyyət göstərir. Azərbaycanda azad iqtisadi zonaların yaradılması sahəsində ötən müddətdə mühüm işlər görülüb. Belə ki, ən yaxşı beynəlxalq təcrübə öyrənilib, təhlillər aparılıb və onun ölkəmizdə tətbiqi üçün ilk olaraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Cənab Prezident tərəfindən 2019-cu ildə imzalanmış, “Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq fərmanlara əsasən bu ərazidə iqtisadi fəaliyyətin hüquqi-texniki əsasları müəyyən edilib. Həmin sənədə əsasən, müvafiq dövlət qurumları azad iqtisadi zonada biznes, vergi, gömrük, digər iqtisadi və sosial tədbirlərin hüquqi-iqtisadi mexanizmləri hazırlayıblar. Bu zonada maliyyə və sığorta xidmətləri, torpaq münasibətləri, gömrük, miqrasiya, əmək münasibətləri, vergi tənzimlənməsi, notariat fəaliyyəti, müflisləşmə və iflas, rəqabət, əqli mülkiyyət, ətraf mühit və s. məsələlərlə bağlı xüsusi güzəştlər tətbiq olunacaq. Burada fəaliyyət göstərəcək investorlar bütün vergilərdən azad ediləcək, müxtəlif növ güzəşt və stimullardırıcı addımlar tətbiq olunacaq. Xarici ticarətdə güzəştlər, o cümlədən ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi, fiskal güzəştlər – müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılması nəzərdə tutulur. Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən şəxslərə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz. Biznes nümayəndələrinə valyuta əməliyyatları aparmaq azadlığı veriləcək, mənşə sertifikatları üçün rüsum tələb olunmayacaq. İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ vardır. Bütün bunlarla yanaşı da Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Azərbaycan bunu artıq həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirib, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində ölkəmizdə çox gözəl investisiya iqlimi yaradılıb. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Gözəl investisiya iqlimi isə aydındır ki, investorları cəlb etmək üçün əsas şərtlərdən biridir. Bütün bu amillərin mövcudluğu əlbəttə ki, xarici sərmayədarları Ələt Azad İqtisadi Zonasına cəlb edəcək və bu möhtəşəm layihə Azərbaycanın iqtisadi inkişafına misilsiz töhfələr verəcək.”
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-05-2025