Mobil versiya
Daşkəsəndə kişi dərəyə düşüb ÖLDÜ
Tarix: 06-07-2021 | Saat: 09:12
Bölmə:Karusel / Ölkə | çapa göndər

Daşkəsəndə kişi dərəyə düşüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Daşkəsən rayonu, Zəylik kəndi yaxınlığında 1 nəfərin dərəyə düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən aia.az-a verilən məlumata görə, FHN-nin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1985-ci il təvəllüdlü Ağayev Elnur Abdulla oğlu çətin keçilən qayalıq ərazidə ehtiyatsızlıqdan təqribən 200-220 m hündürlükdən dərəyə düşüb. Mürəkkəb relyef şəraitində həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Elnur Ağayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025