Mobil versiya
Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
Tarix: 05-07-2021 | Saat: 17:28
Bölmə:Ölkə | çapa göndər

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı təqdim edib.

ANAMA-dan aia.az-a verilən məlumata görə, iyunun 1-dən iyulun 3-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 1087, tank əleyhinə 316 mina və 461 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5 633 044 m² (563 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025