Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir və xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir
Tarix: 05-07-2021 | Saat: 14:21
Bölmə:Media | çapa göndər
Ermənistan Respublikasının işğalçılıq siyasətinin davam etdirərək 30 ilə yaxın Azərbaycanın ərazilərini işğal altında saxlamaqla qalmayıb, təmas xəttində dəfələrlə təxribatlar törədib, atəşkəs rejimini pozub, öz mənfur niyyətlərini nümayiş etdirib. Beynəlxalq təşkilatlar, habelə dünyada siyası nüfuzu və çəkisi olan digər ölkələrin rəhbərləri münaqişənin sülh və danışıq yolu ilə həll edilməsinə meyilli olsalar da, nədənsə bu günə kimi təcavüzkara tam təzyiq göstərilməyib, qəbul edilmiş sənədlərin göstərişlərinə əməl etməsi tələb olunmayıb. 30 ilə yaxın bir dövrdə beynəlxalq qətnamələr kağız üzərində qalıb. Bütün bu ikili standart siyasətlərə baxmayaraq, heç kim inkar edə bilmirdi ki, Ermənistan işğalçıdır. Ermənistanın faşizmə meyilli olması da danılmaz faktlarla sübut olunub. Tarix boyu mütəmadi olaraq ermənilərin işğalçı bir ölkə olaraq torpaqlarımıza hücum etməsi və Azərbaycanın buna cavab olaraq müdafiə məqsədli əks-hücumu da bunu sübut edir. 44 günlük müharibədə bir daha sübut olundu ki, Azərbaycan tarixi ədalətin bərpası uğrunda mübarizə aparan və tarixi torpaqlarını geri qaytaran tərəfdir. Artıq bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, Azərabycan xalqı bu həqiqət uğrunda mübarizə aparıb və qalib gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimizin humanistliyini və yalnız tarixi ədalət, torpaqlarımızı işğaldan azad etmək mövqeyini, dövlətimiz və xalqımızın sülh tərəfdarı olduğunu hər zaman nümayiş etdirib. 44 günlük Vətən müharibəsi dövründə də Azərabycan Ordusu təcavüzkardan fərqli olaraq, beynəlxalq normalara əməl edib, mülki əhalini atəşə tutmayıb. Hətta dövlətimiz Xankəndidə yaşayan ermənilərə də müraciət ünvanlayaraq bildirmişdi ki, bizim hədəfimiz yalnız işğalçı ordu və onun döyüşçüləridir və Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə və onun infrastrukturlarına atəş açmayacaq. Mülki əhaliyə hərbi hissələrdən mümkün qədər uzaq olmaq məsləhət görüldü. Halbuki bunun tam əksi olaraq, təcavüzkar ölkə, dinc əhalinin yaşayış yerlərini, infrastrukturları ağır artilleriya atəşinə tutdu və bu, birinci dəfə deyildi, Xocalı soyqırımı, Tovuz hadisələrində, hətta hadisələrin sonrakı gedişatında da Ermənistanın əsas hədəfinin bizim yaşayış məntəqələrimiz olduğunun şahidi olduq. Bunun nəticəsində mülki əhali arasında xeyli yaralanan və həlak olan vətəndaşlarımız oldu. Özünü bütün dünyaya daim günahsız qurban kimi qələmə verən ermənilər bir tərəfdən ikili standartlar siyasətlərini nümayiş etdirir, digər tərəfdən, hər zaman Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, təşviş yaratmaq məqsədi güdürdülər.
Azərbaycan artıq qalib dövlətdir və bu Qələbənin əldə edilməsində böyük əməyi olan xalqa arxalanır. Xalq isə öz ordusuna etibar edir və onun ordu ilə birliyi sarsılmazdır. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamdan xəbər verir. Azərbaycan bütün dünyaya güclü dövlət olduğunu nümayiş etdirdi. Hazırda Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir və xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir.
Habil İsmayılov,
YAP Göygöl rayon təşkilatının Haçaqaya kənd ümumi orta məktəb ərazi ilk partiya təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025