Mobil versiya
Ekoloq Elnur Muxtarov: Meşə gözətçiləri təlimlərə cəlb olunmalıdırlar
Tarix: 05-07-2021 | Saat: 10:39
Bölmə:Ölkə | çapa göndər

Ekoloq Elnur Muxtarov:


Respublikamızın meşə fondu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14%-ni təşkil edir.Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da Respublika ərazisinin 11,8 %-ni əhatə edir.

Ölkəmizin ümumi meşə ərazilərinin 49 %-i Böyük Qafqazın, 34 %-i Kiçik Qafqazın , 15 %-i Talış dağlarının ,2 %-i isə aran zonasının payına düşür.

Dünyanın bir çox ölkələrində olduğu kimi Respublikamızın meşələrində də təbii və antropogen təsirlər nəticəsində negativ hallarla rastlaşırıq.Antropogen təsirlər -bilərəkdən və ya bilməyərəkdən baş verir.
Bir çox halda meşə gözətçisinin bu istiqamətdə bilik və bacarığının olmaması meşədəki flora və faunanın məhv edilməsinə şərait yaradır.Əksər yerlərdə meşə gözətçiləri orta təhsilli və ya digər peşə sahibləridirlər.Yaxşı olardı ki, qeyd etdiyim kateqoriyada olan işçilər təlimlərə cəlb olunsunlar. Mühafizə etdikləri ərazinin ən azından relyefini,flora və faunasını öyrənməli ,onların xüsusiyyətlərini haqqında biliyə malik olmalıdırlar.
İnsan bələd olmadığı, tanımadığı bir şeyi sevə bilməz. Sevmədiyi bir şeyi necə qorusun insan?



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025