Azərbaycanın uğurunun növbəti addımı-Ələt Azad İqtisadi Zonası
Tarix: 03-07-2021 | Saat: 15:41
Bölmə:Gündəm | çapa göndər
Son dövrlərdə politoloqlar, ekspertlər, görkəmli şəxslər və xarici nümayəndələr tərəfindən davamlı olaraq səsləndirilən bir fikir var ki, hər gün öz reallığını bir daha təsdiq edir: “Azərbaycan indi tarixində heç vaxt olmadığı qədər güclüdür”. Bu fikir bir çox aspektdən araşdırıla bilər. İstər İkinci Qarabağ müharibəsi dövründə ortaya qoyulan hərbi, siyasi-diplomatik güc baxımından, istər post-müharibə dövründə regionda yürüdülən siyasət və işğaldan azad olunmuş torpaqlarımızda aparılan geniş abadlıq-quruculuq işləri baxımından, istər müharibədən öncə və sonra reallaşdırılan iqtisadi layihələr baxımından, istərsə də bölgə ölkələri ilə qurulan geniş və iki tərəfin marağına əsaslanan diplomatik əlaqələr baxımından. Hansı istiqamətdən baxılsa da görünən bir reallıq var ki, Azərbaycan yerləşdiyi regionun ən güclü dövlətidir və onun iştirakı olmadan regionda hər hansı bir qərarı qəbul etmək və reallaşdırmaq mümkün deyil.
Güclü dövlət olmaq, regionda özünü əsas söz sahibi kimi təsdiq etmək isə siyasi iradə və iqtisadi güc tələb edir. Bu gün Azərbaycanın siyasi baxımdan özünü təsdiq etməyinə demək olar ki, heç bir ehtiyac yoxdur. 1993-2003-cü illər ərzində ölkəmizə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev və 2003-cü ildən sonra onun yolunu uğurla və ləyaqətlə davam etdirən cənab Prezident İlham Əliyev siyasi baxımdan ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirib. İqtisadi baxımdan isə hər keçən gün artan uğurlarımız ölkəmizin bölgədə öz gücünü göstərməsinə şərait yaradıb. Beləliklə, Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu bir çox iqtisadi layihəni sadalamaq olar ancaq əminik ki, sadəcə ötən ilin son günü istismara verilən TANAP layihəsini qeyd etmək kifayət edəcəkdir. Hər birimizin xatirindədir ki, bu layihə çoxları üçün xəyal olaraq görünürdü. Amma siyasi iradə, iqtisadi güc və diplomatik məharət bu gün bu layihənin reallaşmasını təmin edib. Qısaca, Azərbaycanın iqtisadi gücü də artıq heç kəs üçün sirr deyil.
Prezident İlham Əliyev Azərbaycanımızın iqtisadiyyatından danışarkən hər zaman neftdən asılılığın azaldılmasının, iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının vacibliyini qeyd etmişdir. Son dövrlərdə müşahidə olunan reallıqlar da bu fikrin doğruluğunu və əhəmiyyətini bir daha təsdiq edir. Xüsusilə də koronavirus pandemiyasının dünyada yaratdığı təlatüm iqtisadiyyatın dayanıqlı və çoxşaxəli olmasını şərtləndirir. Qeyd edək ki, hökumət tərəfindən uzun müddətdir ki, bu istiqamətdə işlər aparılmaqdadır. Görülən işlərə ən böyük sübutlardan biri isə ötən günlərdə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Ələt Azad İqtisadi Zonasıdır.
Ölkə başçımız 1 iyul tarixində təməlqoyma mərasimində iştirak etdikdən sonra Azərbaycan Televiziyasına müsahibə vermiş və Zonanın ölkəmiz üçün vacibliyi barədə əhəmiyyətli açıqlamalar vermişdir. İlk olaraq Zonanın yaradılma ideyasından danışan dövlət başçımız bu ideyanın dövlət siyasəti ilə bağlı olduğunu vurğulamışdır. Siyasətimizin təməlində güclü iqtisadiyyata malik Azərbaycanın formalaşması ideyasının olduğunu nəzərə alsaq bu fikrin dərinliyini müşahidə etmiş olarıq. Ancaq açıq şəkildə demək olar ki, bu ideyanın həyata keçirilməsi heç də səsləndirilməsi qədər asan deyil. Bunun üçün ilk növbədə uyğun şərait meydana gəlməlidir. Uyğun şərait dedikdə isə təşkilatı işlər -həm dövlət maraqlarının həm də investorların maraqlarının təmin olunduğu qanunvericilik bazası nəzərdə tutulur. Aydındır ki, Azərbaycan belə bir Zonanın yaradılması üçün çox əsaslı bir şərtdən məhrumdur. Belə ki, Azərbaycanımızın açıq dənizlərə çıxışı yoxdur. Bu da sözügedən layihənin ölkəmizdə reallaşdırılmasını və daha da əsası uğurlu olmasını çətinləşdirir. Ancaq buna baxmayaraq hökumətimiz bütün şərtləri təmin edərək və investorların cəlb edilməsi üçün lazımi addımları ataraq prosesin uğurla getməsinə əsaslı zəmin hazırlamışdır. Onu da bildirmək lazımdır ki, indiki şəraitdə belə bir addımın atılması xüsusi cəsarət tələb edir. Çünki pandemiyanın dünya üçün yaratdığı ən böyük çətinliklərdən biri məhz beynəlxalq iqtisadiyyatın əsaslı dərəcədə azalması və dövlətlərin investisiya qoyarkən çəkinməsidir. Belə bir vəziyyətdə Azərbaycan Prezidenti tərəfindən atılan bu addım şübhəsiz ki, dövlətin özünə inamının və cəsarətinin ifadəsidir.
Müsahibənin gedişində Azad İqtisadi Zonanın yaradılması üçün Ələtin seçilməsinin səbəblərinə də toxunan cənab Prezident bu yerin əbəs yerə seçilmədiyini faktlarla sübut etmişdir. Belə ki, ərazinin böyük boş və yararsız torpaqlarla zəngin olması, paytaxt Bakıya və beynəlxalq dəhlizlərə yaxınlığı və dolayısıyla da infrastruktur baxımından bir çox xərclərdən azad olması yer seçimində birbaşa rol oynamışdır. Əminliklə demək olar ki, Ələt Azad İqtisadi Zonasının gələcəyi uğurlu və ölkəmiz üçün inkişafa zəmin yaradan bir layihə olacaqdır. Layihənin beynəlxalq investorlar üçün cəlbedici olaraq hesab olunmasının isə bir çox səbəbləri vardır. İlk olaraq ölkəmizdə müasir infrastrukturun və gələcək vəd edən sərmaye iqliminin mövcudluğu, kadr potensialı, ölkə rəhbərliyinin dünyadakı etibarlı tərəfdaş imici, hər səviyyədə mövcud olan inam və güvən, ələlxüsus İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan sülh və sabitlik mənzərəsi bu zonanın dünya üçün cəlbedici olmasını təmin edəcəkdir. Qətiyyətlə və əminliklə demək olar ki, bu gün ölkəmiz investisiya qoyulması üçün bütün şərtləri özündə ehtiva edən ən güclü ölkələrdən biridir. Məlumat üçün bildirək ki, ölkə başçımız Ələt Azad İqtisadi Zonasının gələn ilin iyul ayında artıq öz investorlarını qəbul etməyə hazır olacağını bildirdi. Beləliklə, Ələt Azad İqtisadi Zonası Azərbaycanın uğurlu iqtisadi gedişinin növbəti mərhələsi olacaqdır. İndiyə qədər mümkünsüz hesab olunan ancaq dövlətimizin qətiyyəti ilə reallaşdırılan bir çox layihə kimi bu layihə də uğurla həyata keçiriləcək və ölkəmizin gələcək inkişafında öz rolunu oyanayacaqdır.
Arzu Abdullayev,
Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-02-2025