Mobil versiya
“Rəmişin yanına getmək istəyirəm, onsuz bu dünyada yaşamaq tam mənasızdır...”
Tarix: 01-07-2021 | Saat: 16:13
Bölmə:Şou-biznes | çapa göndər

“Rəmişin yanına getmək istəyirəm, onsuz bu dünyada yaşamaq tam mənasızdır...”

"Bütün günü Rəmiş deyib ağlayıram, axtarıram. Çağırıram, cavab vermir. Dörd aydı səsi gəlmir qulağıma".

AİA.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü Hüseynova deyib. Gülü xanım Rəmişdən sonra tək qaldığını və hər gün onun üçün ağladığını bildirib:

"Məni yada saldığınız üçün çox sağ olun, Allah razı olsun. Bütün günü Rəmiş deyib ağlayıram, axtarıram. Çağırıram, cavab vermir. Dörd aydı səsi gəlmir qulağıma. Hər gün gedib məzarının üstündə çağırıram, amma bir dəfə ay Gülü, demir. Tək qalıram, kimim var ki, heç kimim yoxdu. Bir Allah və bir də Rəmişim var idi, onu da Allahım apardı və indi təkəm. Rəmişsiz çox çətindi, nə yaşamaq, nə də bu dünyanı istəmirəm. Rəmişin yanına getmək istəyirəm. Onsuz bu dünyada yaşamaq tam mənasızdı". (Ağlayır)

Qeyd edək ki, Xalq artisti Rəmiş aprelin 5-də dünyasını dəyişib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024