Toylarda sıxlığa necə nəzarət olunacaq?
Tarix: 01-07-2021 | Saat: 16:08
Bölmə:Media | çapa göndər
Bu gündən ölkə ərazisində toy, nişan, ad günlərinin keçirilməsinə icazə verilib. Mərasimlərdə pandemiya qaydalarına əməl olunmasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində monitorinqlərə başlanılıb.
Bu barədə AQTA-nın şöbə müdiri Mansur Piriyev məlumat verib.
Onun sözlərinə görə, artıq 5 gün əvvəldən şənlik mərasimlərinin keçirilməsi ilə bağlı portala müraciətlər daxil edilib:
"Aidiyyatı qurumlar həmin portala birbaşa inteqrasiya olunaraq məlumatları görürlər. Bizim müfəttişlərimiz tərəfindən monitorinq aparılan zaman xüsusən sıxlıq normalarına riayət olunması, eyni zamanda COVİD-19 pandemiyası ilə əlaqədar ictimai iaşə müəssislərində profilaktiki işlərlə bağlı metodiki göstərişlərin tələblərinə əməl edilməsi yerində yoxlanılır. Şənlik keçirilən ictimai iaşə obyektlərinin rəhbərləri portala müraciət edərkən, ilk növbədə qonaq sayını zalların sahəsi ilə bağlı məhdudiyyəti nəzərə alaraq təqdim etməlidirlər".
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025