Azər İsmayılov: “Azərbaycanın Qələbəsi bütün Cənubi Qafqazın gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edən tarixi hadisədir”
Tarix: 01-07-2021 | Saat: 12:00
Bölmə:Ölkə | çapa göndər

“İşğalın davam etdiyi 30 il ərzində nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Bunu isə hamıdan daha əvvəl və hamıdan daha yaxşı bilən məhz Azərbaycan Prezidenti idi. Buna görə də 17 il ərzində Ölkə Prezidenti cənab İlham Əliyev müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri tədbirlər həyata keçirib.”
Bu sözləri Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi, YAP Salyan rayon təşkilatının üzvü Azər İsmayılov deyib.
Müsahibimiz Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi şərtləndirən əsas amillərin də məhz 2003-cü ildən davam edən hazırlıq dövründə formalaşdırıldığını vurğulayaraq bunları deyib: “Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 2003-cü ildən Vətən müharibəsinə başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olub. 17 il ərzində Ölkə Prezidenti cənab İlham Əliyev Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə bütün zəruri tədbirləri həyata keçirib. Möhtərəm dövlət başçımız bizim hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Bütün bu illər ərzində Azərbaycan Prezidenti deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Təsəvvür etmək belə çətindir ki, bu kimi bəyanatlar verdiyinə görə cənab Prezidentə qarşı necə güclü təzyiqlər olurdu. Xüsusən də ermənipərəst qüvvələrin çoxluq təşkil etdiyi bir sıra böyük dövlətlərin nümayəndələri dövlətimizin başçısını müharibəni təbliğ etməkdə ittiham edirdilər. Demək olar ki, bu münaqişəyə münasibət bildirən, onu müzakirə edən bütün beynəlxalq qurum və təşkilatlar dünyanı, ilk növbədə isə əlbəttə ki, bizi inandırmağa çalışırdılar ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman bunun əksini söylədi. Danışıqlar davam edən dövrdə beynəlxalq təşkilatlar Prezident İlham Əliyevə təkidlə və davamlı olaraq təklif edirdilər ki, Ermənistanla hər hansı bir formada bir protokol imzalansın. Bu təklifin mahiyyətində isə münaqişənin hərbi yolla həllini istisna etmək cəhdi dururdu. Təbii ki, dövlət başçımız buna razılıq vermədi və bundan sonra həmin qüvvələr ittiham formasında bəyan etdilər ki, Azərbaycan Prezidenti müharibəyə hazırlaşır. Bu ağır, hətta mən deyərdim ki, son dərəcə riskli məqamda da Prezident İlham Əliyev öz siyasi iradəsini ortaya qoymaqdan çəkinmədi və birmənalı olaraq bəyan etdi: “Bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Əgər məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik!” Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Azərbaycan Prezidenti məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində bunu təmin etdi.”
Həmçinin Azər İsmayılov bildirib ki, Müzəffər Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində Ermənistanın ordusunu darmadağın etməklə bütün Cənubi Qafqazı erməni faşizmindən xilas etdi: “Birmənalı olaraq vurğulamaq lazımdır ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbə ədalətin təntənəsidir və bu şanlı zəfər birbaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son on səkkiz il ərzində həyata keçirdiyi düşünülmüş, praqmatik xarici və daxili siyasətin möhtəşəm nəticəsi olaraq əldə edilmişdir. 30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisələri ilə bağlı baş verənlərə göz yumdu. Lakin Azərbaycan Ordusu Vətən müharibəsini tarixi qələbə ilə başa vurmaqla, təkcə ölkəmizə deyil, bütün Cənubi Qafqaza sülh və əmin-amanlıq üçün möhkəm zəmin gətirdi. Məsələ bundadır ki, mürtəce erməni millətçiləri zaman-zaman öz işğalıçı planlarını gerçəkləşdirmək üçün addımlar atırlar. Bu dəfə Azərbaycan 30 il ərzində öz torpaqlarının 20%-dən məhrum durumda qaldı. Lakin erməni millətçiliyi elə bir bəladır ki, o, sadəcə bir ölkəyə deyi, mövcud olduğu bütün regiona real təhdid və təhlükədir. Demək lazımdır ki, əgər bu gün erməni işğalına Azərbaycan tərəfindən son qoyulmasaydı, o zaman sabah digər qonşu ölkələr də bu işğalın qurbanına çevrilə bilərdilər. Bu gün Azərbaycan Ordusu Qafqazı erməni faşizmi kimi böyük bir bəladan qurtarıb. Birmənalı olaraq qəbul etmək lazımdır ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi bu möhtəşəm qələbə bütün Cənubi Qafqazın gələcəyi, region dövlətlərinin bundan sonrakı inkişafı və digər qonşu ölkələrlə yeni, daha mütərəqqi münasibətlərin formalaşması baxımından müstəsna əhəmiyyət kəsb edən tarixi hadisədir.”
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-03-2025