Azərbaycanda ali təhsil yenidən qurulur - Qanun layihəsinin detalları
Tarix: 29-06-2021 | Saat: 17:44
Bölmə:Təhsil | çapa göndər
İyunun 29-da Milli Məclisin Elm və təhsil komitəsinin və “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun birgə iclası keçirilib.
Milli Məclisdən aia.az-a verilən məlumata görə,
Komitə sədri, işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev bildirib ki, müzakirəyə çıxarılan “Ali təhsil haqqında” qanun layihəsi bilavasitə dövlət başçısı tərəfindən ali təhsilin qarşısında qoyulmuş məsələlərin dairəsini, rəqabət qabiliyyətli ali təhsil müəssisələrinin yaradılmasını, ölkədə gedən sürətli iqtisadi inkişafın kadr təminatının əsaslarını müəyyən edir.
Müzakirəyə təqdim olunan “Ali təhsil haqqında” qanun layihəsi 9 fəsil, 54 maddədən ibarətdir. Qarşıda duran əsas vəzifələrdən biri yenilikçi, yaradıcı, müstəqil düşüncəli, vətənpərvər şəxsiyyətin formalaşdırlmasıdır. Layihənin hazırlanması zamanı ölkəmizin təcrübəsi, mövcud olan normativ-hüququ aktlar, Avropa ölkələrinin ali təhsil sahəsində qanunları, beynəlxalq konvensiyaların müddəaları işçi qrupu tərəfindən geniş araşdırılıb, təhlil edilib. Bu qanun Azərbaycanda ali təhsilin yenidən qurulması və Avropa təhsil məkanına ölkəmizdə əldə edilmiş təcrübənin, milli-mənəvi dəyərlərin, milli təhsil sistemimizin qorunması nəzərə alınmaqla tam uyğunlaşdırılması üçün hüquqi baza yaradır. Layihəyə əsasən, ali təhsil 4 səviyyəni müəyyən edəcək. Bu səviyyələr arasındakı keçidlər kreditlərin toplanması, təhsil müddətlərinin müəyyən edilməsi, əmək bazarının tələblərinə uyğun olaraq peşə standartlarının, peşə standartları əsasında isə ali təhsil proqramlarının hazırlanmasına imkan yaradacaq.
İclasda iştirak edən təhsil naziri Emin Əmrullayev öz çıxışında deyib ki, təqdim olunan qanun layihəsi Azərbaycan təhsilinin qarşısında duran vacib çağırışları həll etmək baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan ali təhsil sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulub. Məqsəd ali təhsilin əlçatanlığının, keyfiyyətli olmasının, bərabər imkanlara söykənməsinin təmin edilməsi, ali təhsil müəssisələrinin idarə edilməsi ilə bağlı məsələlərin həll olunmasıdır. Qeyd edilib ki, Azərbaycan təhsilinin öz ənənələri mövcuddur, 100 yaşlı ali təhsil müəssisəmiz var. Eyni zamanda, dünyada sürətli dəyişikliklər baş verir. Biz bu dəyişiklikləri Azərbaycan ali təhsilinə gətirmək istəyirik. Artıq kvalifikasiyalar çərçivəsində ali təhsilin qurulması nəzərdə tutulub, eyni zamanda, pillələr və səviyyələr anlayışları da saxlanılır. Bəzi məsələlər var ki, onlar Azərbaycan təhsilinin keyfiyyəti, elminin inkişafı baxımından öz həllini tapmalıdır. Bununla yanaşı, Azərbaycanın qoşulduğu beynəlxalq sənədlər və onlardan irəli gələn tələblərin yerinə yetirilməsi də önəmlidir.
Nazir bildirib ki, qanun layihəsinin böyük bir hissəsi ənənələrə söykənir, bir sıra müddəalar var ki, burada mütəxəssis rəyi, təhqiqatlar böyük önəm daşıyır, həmçinin qəbul prosesi, ixtisas seçimi ilə bağlı şəffaflığın təmin edilməsinə dair məqamlar da əhəmiyyətlidir.
Qeyd olunub ki, müzakirələr zamanı daxil olan təkliflər də nəzərə alınmaqla layihə üzərində iş davam etdiriləcək. Layihə ilə bağlı QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müzakirələr də nəzərdə tutulub. Qəbul ediləcək qanun ali təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu
15-11-2024