Mobil versiya
Elnur Muxtarov: Ölkəmizə gələn türistlərlə ekoloji təbliğatlar aparılmalıdır
Tarix: 29-06-2021 | Saat: 14:43
Bölmə:Media | çapa göndər

Elnur Muxtarov:

Ekoloq Elnur Muxtarov: Ölkəmizə gələn türistlərlə ekoloji təbliğatlar aparılmalıdır

Bir çox ölkələrdə karantin rejiminin yumuşaldılması turizmin fəaliyyətinə və inkişafına imkan yaradır.Şübhəsiz ki, öz gözəlliyi ilə göz oxşayan doğma yurdumuza gəlmək istəyən əcnəbi vətəndaşlar da az deyildir.Bir neçə ay bundan əvvəl ərəblərin ölkə ərazisində qanunsuz ov etməsi səs-küyə səbəb olmuşdur.Səbəblərdən biri də qanunsuz ov edən əcnəbi vətəndaşlarda ekoloji mədəniyyətin olmaması idi.

Azərbaycan Respublikasının Konstitusiyasının 78 –i maddəsində “Ətraf mühitin qorunması hər bir şəxsin borcudur”.yazılıb.Bu o deməkdir ki, Azərbaycan vətəndaşı və ya əcnəbi vətəndaş ölkəmizdə ətraf mühiti qorumağa borcludur.Azərbaycan Respublikasında qüvvədə olan qanunlara eləcə də ekoloji qanunlara riayət etməlidir.Ölkədə müvafiq dovlət və qeyri-hökümət təşkilatları kifayət qədər vətəndaşlarla ekoloji maarifləndirmə işləri aparır.Lakin, turistlərlə fərdi ekoloji maarifləndirmə aparmaq ,ekoloji qanunları aşılamaq heç də asan deyil.Hava limanlarında ,beynəlxalq avtovağzallarda,dəmir yol vağzallarında və digər ölkəyə giriş və çixış yerlərdə ekoloji maarifləndirici plakatlar,lövhələr,gözləmə zallarında kiçik video çarxların olması işi daha da asanlaşdıra bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə