Səhiyyə Nazirliyinin baş endokrinoloqu: COVID-19 zob xəstələri üçün xüsusi risk daşımır
Tarix: 29-06-2021 | Saat: 14:33
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Zob xəstəliyi, onun növləri, yaranma səbəbləri, müalicə üsulları, koronavirusun bu xəstəliyə təsiri barədə sualları Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi cavablandırıb. Müsahibəni oxucularımıza təqdim edirik.
-Qalxanabənzər vəzi xəstəliklərinin yaranmasına səbəb nə olur?
-Qalxanabənzər vəzi xəstəliklərinin yaranmasının bir sıra səbəbləri var. Burada ətraf mühit, genetik faktorlar və immunitet sistemi mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, qalxanabənzər vəzi xəstəliyinin növləri çoxdur. Diffuz zob, düyünlü zob, qarışıq zob (diffuz-düyünlü) və s. xəstəliyin strukturuna görə növləridir. Qeyd edim ki, xəstəliklərin hər birinin gedişi fərqlidir. Funksiyasına görə isə, qalxanabənzər vəzi xəstəliyinin eutrioid, hipertrioid, hipotrioid növləri var. Statistikaya əsasən, dünya əhalisinin təxminən 25-30 faizində zob xəstəliklərinə rast gəlinir. Lakin onu da qeyd etmək lazımdır ki, çox xəstə onda qalxanabənzər vəzi xəstəliyinin olduğundan xəbərsizdir. Məsələn, eutrioid zob xəstələri bir sıra hallarda heç bir narahatlıq hiss etməsələr də, həkim ultrasəs müayinəsi zamanı xəstəliyi aşkar edir. Hətta eutrioidli zobun müalicəsinə bəzən ehtiyac olmur.
-Zob xəstəliklərinin ilkin simptomları hansılardır?
-Toksiki zob xəstələrində tərləmə, gözlərdə qamaşma və əsəbilik tez-tez rast gəlinən əlamətlərdir. Belə xəstələrin iştahası yaxşı olsa da, kökəlmirlər, həmçinin sutka ərzində bir neçə dəfə böyük bayıra çıxırlar. Zəhərli zob zamanı bədən temperaturu yüksəlir və ürək döyüntüsü çoxalır. Ona görə də, belə xəstələr taxikardiya şübhəsi ilə adətən kardioloqa müraciət edirlər. Bəzən isə xəstədə endokrinoloji səbəblərdən dombagözlük (ekzoftalm) yarandıqda, o, məlumatsızlıqdan müayinə üçün oftalmoloq yanına gedir.
Xəstəliyin hipotrioid növündə simptomlar dəyişə bilər. Məsələn, dırnaqlar qırılır, saçlar və qaşlar tökülür, köp və qəbizlik halları artır, təngnəfəslik və bədəndə şişkinlik müşahidə edilir. Hipotrioid zamanı nəbz aşağı düşə və ya normada da qala bilər. Hətta belə xəstələrdə bədən temperaturu da normadan aşağı düşür. Xəstələr eutriod zobu bir sıra hallarda simptomsuz keçirə bilirlər.
-Risk qrupuna kimlər aiddir?
-Radiasiya ilə işləyənlər qalxanabənzər vəzi xəstəliklərinə daha tez tutula bilərlər. Faktdır ki, Çernobıl hadisəsindən sonra Ukrayna və Belarusda zobdan əziyyət çəkənlərin sayı xeyli artdı. Bundan başqa, əvvəllər yod çatışmazlığı səbəbindən müəyyən regionların əhalisində endemik zob geniş yayılmışdı. Hazırda isə Azərbaycanda endemik zoba, demək olar ki, rast gəlinmir. Çünki ölkənin hər yerində yodlaşdırılmış duzdan istifadə olunur. Yəni, duzların tərkibinə 95-98 faiz hallarda yod əlavə edilir. Lakin tarixən endemik zobun yayıldığı bir sıra bölgələrdə - Şəki, Qax, Şamaxı kimi rayonlarda bu xəstəliyə qarşı genetik meyillilik müşahidə olunur. Belə olan halda, zob xəstələri digərləri ilə müqayisədə həmin regionlarda daha çox olur. Revmatizm və allergik xəstəliklər də qalxanabənzər vəziyə mənfi təsir göstərir. Diqqət etsək görərik ki, zob xəstələrində, adətən, həm revmatizm, həm də allergiya olur. İmmunitetdə dəyişiklik olduğuna görə, bədən öz hüceyrələrinə qarşı anticisimlər ifraz etməyə başlayır. Anticisimlərin ifrazı isə trioidlərə təsir göstərir və nəticədə, xəstəlik baş qaldırır.
-Zob xəstəliklərinin müalicəsi necə aparılır?
Məsləhətdir ki, müalicəyə başlamazdan əvvəl zobun növü müəyyən edilsin. Toksiki zob xəstəliyinin müalicəsi 3 tipdir: dərman preparatları ilə, radioaktiv maddələrlə müalicə və cərrahi əməliyyat. Həkimlərə məsləhətim budur ki, əgər triostatik preparatlarla müalicə zamanı 1,5 il, maksimum 2 il ərzində nəticə əldə olunmazsa, zəhərli zob yenidən baş qaldırarsa, xəstə mütləq əməliyyata alınmalıdır. Çünki bu dərman vasitələri ağ qana (leykositlərə) pis təsir göstərir. Bu səbəbdən, monoqrafiyalarda triostatik preparatlardan 2 ildən artıq müddətdə istifadənin zərərli olduğu qeyd edilir. Həkimlər bəzi hallarda xəstələrə yanlış məlumat verərək qeyd edirlər ki, - “düyünə bıçaq dəyməməlidir”. Mən heç bir kitabda belə məlumatla rastlaşmamışam və bu, tamamilə yanlışdır. Qalxanvari vəzidə başlanğıc vəziyyətdə xərçəng müəyyən edildikdə, xəstəni dərhal əməliyyata göndərirəm. Təcrübəmdən deyə bilərəm ki, 2001-ci ildə xəstədə qalxanabənzər vəzidə xərçəng müəyyən etdik və o dərhal əməliyyat olunduqdan sonra vəziyyəti xeyli yaxşılaşdı. Pasiyentim hazırda Ukraynada yaşamasına baxmayaraq, müşahidə altındadır və daim mənimlə təmasdadır. Yəni, xəstəliyin növü vaxtında müayinə olunarsa və müalicə üsulu vaxtında doğru seçilərsə, xəstəliklərdən qurtulmaq bir çox hallarda mümkündür.
-Qalxanvari vəzi xəstəliklərindən əziyyət çəkənlər yeni növ koronavirus infeksiyasını (COVID-19) necə keçirirlər?
- COVID-19 zob xəstələri üçün xüsusi risk daşımır. Əlbəttə ki, düşmən “bir” olduqda, orqanizm onunla daha yaxşı mübarizə aparır, amma çoxaldıqca çətinləşir. Koronaviruslu xəstədə üstəlik toksiki zob da varsa, hər ikisinin müalicəsi yanaşı aparılmalıdır. Çünki zob xəstəliklərinin simptomları ilə COVID-19 fəsadları üst-üstə düşərsə, xəstəliklər kəskinləşər.
-Zob xəstəlikləri COVID-19 əleyhinə peyvənd vurdurmaq üçün əks göstəriş hesab olunurmu?
-Xeyr. Ümumdünya Səhiyyə Təşkilatı da zob xəstəliklərinin vaksin vurdurmaq üçün əks göstəriş olduğuna dair məlumat paylaşmayıb. İstənilən halda, peyvəndləmədən öncə həkimlə məsləhətləşmə aparmaq labüddür. Ağır, orta və yüngül dərəcəli toksiki zoblar var. Belə ki, xəstənin vəziyyəti ağırdırsa, koronavirus əleyhinə peyvənd olunmaq hipertrioidin güclənməsinə səbəb ola bilər. Belə olan halda, müalicə ilə vəziyyət stabilləşəndə, misal üçün, toksiki zob eutrioid vəziyyətinə gələndə vaksin vurdurmaq mümkündür. Qeyd etmək yerinə düşər ki, kollektiv immunitetin formalaşması sayəsində koronavirusdan xilas olmaq üçün əhali tez bir zamanda vaksinasiyadan keçməlidir.
-Azərbaycanda qalxanabənzər vəzi xəstəlikləri ilə bağlı statistika necədir?
-Statistikaya əsasən, ölkə üzrə 30 min zob xəstəsi var. Lakin bu göstəricilər həqiqəti əks etdirmir. Çünki özəl klinikalarda müalicə alıb poliklinikalarda qeydiyyata alınmayan xəstələr çoxdur. Buna əsasən demək mümkündür ki, ölkədə qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkənlərin sayı bəlkə də 1 milyona yaxındır. Lakin bununla bağlı monitorinq aparılmayıb.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər