Komitə sədri: Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün yeni tədqiqat mərkəzlərinin yaradılması çox vacibdir
Tarix: 29-06-2021 | Saat: 14:05
Bölmə:Təhsil | çapa göndər
Təhsilin keyfiyyətinin təmin olunması çox mühüm məsələdir. Təhsilimizin qədim ənənələri var, amma yeniliklərin tətbiq olunması mütləqdir. Elm və təhsil sahəsində maliyyə məsələlərini həll etmək üçün Elm İnvestisiya Fondunun yaradılması çox yaxşı olardı. Ali təhsil müəssisələri öz iş yerlərini yaratmalıdırlar.
Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İşçi qrupun rəhbəri Bəxtiyar Əliyev iyunun 29-da “Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı deyib.
Bəxtiyar Əliyev vurğulayıb ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün yeni tədqiqat mərkəzlərinin yaradılması və xarici mütəxəssislərin cəlb edilməsi çox vacibdir. Attestasiyanın aparılması kadrların hazırlanması ilə bağlı qarşıda duran mühüm vəzifələrdəndir. Azərbaycanın dayanıqlı və davamlı inkişafının təmin edilməsi istiqamətində bu amillər çox vacibdir.
Bildirilib ki, təhsil alan hər bir şəxsin kredit ala bilməsi təhsilin keyfiyyətinə müsbət təsir edən amillərdəndir.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu
15-11-2024