Şanlı qələbəmiz, tarixi zəfərimiz bütün cahana səs salıb
Tarix: 29-06-2021 | Saat: 12:19
Bölmə:Media | çapa göndər
30 ilə yaxın tarixi ata-baba torpaqlarımız mənfur, xəyanətkar və zülmkar erməni işğalçılarının tapdağı altında qalmışdır. Azərbaycanın öz haqq səsini. torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini müxtəlif beynəlxalq kürsülərdən dünyaya hayqırsa da, lal və kar olan dünya birliyini bu ədalətsizliyə biganə yanaşmaqdan çəkindirə bilmədi. BMT, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlar Qarabağ konfliktinin həlli istiqmətində müəyyən qərarlar, qətnamələr qəbul etsələr də xristian təəssübkeşliyinə arxalanan Ermənistan tərəfindən bu qəraların icrasına məhəl belə qoyulmamışdı. Azərbaycanın haqlı mövqeyinə ikili standatlarla yanaşan böyük dövlətlər susmaqla bu münaqişənin 30 ilə yaxın davam etməsinə vəsilə oldular. Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesi beynəlxalq münasibətlər sistemində ölkəmizin bütün diplomatik səylərinin səbrini tükəndirirdi. Belə bir situasiyada Azərbaycan Respublikası hərb yolunun qaçılmaz olduğunu bütün dünyanın diqqətinə bir daha çatdırdı. Rəsmi Bakı dəfələrlə bəyan etmişdir ki, Azərbaycan konfiliktin həllinə humanizm ideyaları ilə sülh danışıqları vasitəsi ilə nail olmağa çalışır. Lakin Ermənistan tərəfinin bu xoşməramlı niyyətimizə məhəl qoymaması “dəmir yumruğumuzu” başının üzərində hiss etməsinə gətirib çıxarmışdır. 27 sentyabr 2020-ci il tarixində artıq Azərbaycanın səbr kasası dolmuş və şairin dediyi kimi “Ümid sənədir ancaq Azərbaycan əsgəri” tezisinin dünyaya çatdırılma anı yetişmişdi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 44 gün ərzində yağı düşmənin başını əzmiş və torpaqlarımızdan qovub çıxarmışlar. Payız küləyi Qarabağdan bir-birinin ardınca zəfər müjdələri gətirməkdə davam edirdi.Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi qəhrəmanlıqlar və döyüş taktikası əfsanə kimi dildən-dilə dolaşırdı. Əlbətdə ki, qələbəmizin əldə olunmasında bütün xalqımızın birliyi həmrəyliyi əsas zəmin olmuşdur. Ordumuzun bütün növ ən müasir silahlarla təminatı, nizam-intizamı və ən əsası ruh yüksəkliyi zəfərimizi şanlı tariximizə qızıl hərflərlə yazmışdır. Ölkəmizin iqtisadi cəhətdən inkişaf etməsi onun siyasi nüfuzunu da artırırdı. 8 noyabr 2020-ci ildə Ermənistanın təslim olması ilə bütün dünya ölkəmizin hərbi qüdrətinin şahidi oldu. Bu gün Ordumuzun yazdığı zəfər dastanı dünyanın ən qabaqcıl oduları tərəfindən öyrənilir. Ən modern silah sursatla davranışı və ixtisaslı zabit kadrlarının sərgilədiyi döyüş manevrası müasir hərb elmində yeni səhifələr açmışdır.
Tarix boyu Azərbaycanı cani-könüldən dəstəkləyən Türkiyə Cumhuriyyəti Qarabağ savaşı başlayan gündən bu günə kimi bütün sahələrdə Azərbaycanın yanıda olmuşdur. Müharibənin gedişatında Azərbaycana dost ölkələr mənəvi dəstək nümayiş etdirdilər. Türkiyə, Pakistan, Ukrayna Ermənistanın işğalçı mövqeyini pisləyərək Azərbaycanın ərazi bütövlüyüünü hər zaman birmənalı şəkildə dəstəkləmişlər. Azərbaycan Vətən müharibəsində bütün dünyaya öz gücünü subut etdirdi. Vaxtilə biganə siyasət yürüdən, ermənipərəst mövqe tutan Qərb dövlətləri Azərbaycan Ordusunun rəşadətini gördükcə öz təəcüblərini gizlədə bilmirdilər. Çünki bizim savaşımız Haqq davası idi. Biz kimsənin torpağına göz dikmirdik, kimsənin torpağında gözümüz yox idi. Biz öz torpaqlarımızın azadlığı uğrunda ölməyə hazır millətik. Erməni əsgərindən fərqli olaraq Azərbaycan əsgəri məğrur və qorxmazdır. Bizim əsgərimiz heç zaman qocaya, qadına və uşağa silah doğrultmaz. Lakin raket komleksləri ilə dinc əhalimizin yaşadığı Bərdəni, Gəncəni və Tərtəri mərmi atəşinə tutmaq rəsmi İrəvanın siyasətinin terorçu mahiyyətini açıb göstərirdi. Bu gün də beynəlxalq aləm ermənilərin Qarabağda törətdikləri maddi və mənəvi soyqırımların canlı şahidi olur. Dağıdılmış məscidlərimiz, yandırılmış qəbirlərimiz, təhqir olunmuş müqəddəs məkanlarımız buna bariz nümunədir.Ermənistan müharibədən sona da öz çirkin siyasətindən əl çəkməyərək mina xəritələrinin təhvil verilməsinə maneçilik törədir.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra Qarabağda böyük infrastruktur layihələrinin icrasına başlanılıb. Artıq bu bölgədə “ağıllı kənd” layihəsi, Qarabağın ən qədim şəhəri olan Ağdamın yeni Baş Plan layihəsi öz təsdiqini tapmışdır. 28 May Respublika günündə şəhərin əsasının qoyulmasının çox böyük rəmzi mənası vardır. Tanrımıza şükürlər olsun ki Qarabağ torpağında əzan səsi ucalır, Cidır düzündə muğam ifası duyulur. Düşmənə göz dağı olan “Xarıbülbül” festivalı ilə Azərbaycan dünyaya Qarabağın qədim, əzəli Azərbaycan torpağı olduğunu subut etdi. Bu xoş günləri, bu duyğulu qürurverici anları Azərbaycan xalqına bəxş edən Ali Baş Komandana və onun timsalında Şanlı Azərbaycan Ordusuna dərin minnətdarlıq hissi ilə eşq olsun!
Türkan Məmmədova
Bakı şəhəri Pirallahı rayonu 235 nömrəli tam orta məktəbin tarix müəllimi
aiaaz
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025