Ordum varsa yurdum var
Tarix: 28-06-2021 | Saat: 22:16
Bölmə:Ölkə | çapa göndər

Tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqı hər zaman yadelli işğalçılara qarşı mübarizə aparmışdır. Çoxəsrlik hərb tariximizdə sərkərdələrimiz, generallarımız, hərbçilərimiz öz sözlərini göstərdikləri şücaətlərlə demişlər. Ərəb Xilafətini lərzəyə salan Babəkdən tutmuş “rus artireliyasının Allahı” sayılan Əliağa Şıxlınskiyə qədər...Vətən oğullarının hərb sənətinə xüsusi həvəsi onların damarlarında axan əsil türk qanından irəli gəlir. Heç kəsə sirr deyil ki qədim dövrlərdən müasir günümüzə qədər bütün türklər dünyada ən döyüşkən millət sayılmışlar. Azərbaycan oğullarının qəhrəmanlıqları, hərb sənətində məharətləri və sərgilədikləri əsgəri fırtınaları əsrin əvvələrində Uzaq Şərqdə Yapon dənizinin sahillərindən, əsrin ortalarında isə Qərbi Avropanın döyünən ürəyi Berlinə qədər gedib çıxmışdır. İlk topoqrafiya generalı olan İbrahim ağa Vəkilov, ilk hərbi təyyarəçimiz poruçik rütbəsinə yüksələn Fərrux ağa Qayıbov, Çar Rusiyası Ordusunun tam artreliya generalları Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, rus çarının ən sevimli generalı Hüseyn xan Naxçıvanski, ən gənc general adına layiq görülən Cəmşid Naxçıvanski 19-cu əsrin ikinci yarısında və 20-ci əsrin əvvələrində sözün həqiqi mənasında bütün zabitlərin qibtə edəcəyi şəxslər olmuşlar. Çar Rusiyasının türk-müsəlmanlara qarşı qərəzli siyasətinin mövcud olmasına və azərbaycanlıların orduya alınmamasına baxmayaraq belə fəxarətli vətən övladları məhz çarın öz ordusunda və öz yanında xüsusi hörmət-izzətə sahib idilər. Elə 20-ci əsrin ortalarında da Həzi Aslanov kimi hərb sənətini dərindən bilən neçə-neçə azərbaycanlı yetişmişdir. Birinci Qarabağ və Vətən savaşında da doğma el-obanın müdafiəsinə qalxaraq əlinə silah alıb döyüşən və bu yolda şirin canlarından keçən qəhrəman övladlarımız vardır. Bütün bunlar onu göstərirdi ki xalqımızın döyüşkən ruhunda böyük bir əsalət vardır. Çünki bu oğulların vətənpərvər ruhunda Şah İsmayıl Xətainin qılıncının qüdrəti və cəsarəti var idi. Ölümün gözünə dik baxan belə oğullara görə Vətən sağdır, Vətən Yaşayır və yaşayacaqdır.
1918-ci ilin 26 iyun tarixində Azərbaycan Xalq Cumhuriyyəti Azərbaycan Milli Ordusunun yaradılması haqqında qərar imzalaması ilə milli ruha və iradəyə malik olan Silahlı Qüvvələrimiz formalaşmağa başlamışdır. Lakin Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı və yalnız Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı. İkinci Dünya müharibəsindən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına İttifaq rəhbərliyi qısqanc münasibət bəsləyirdi. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələləri önə çəkilməyə başlandı. Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da Heydər Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması da mümkün oldu.1993-cü ilin yayında Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun formalaşması daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.
90-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşuldu.
Bu gün əminliklə deyə bilərik ki, regionun ən qüdrətli ordusu – Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü tam bərpa etmiş, torpaqlarımızı düşmən işğalından azad etmişdir. Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrlərini dərhal və uğurla yerinə yetirən Şanlı Ordumuz Qarabağdan zəfər müjdəsini vermişdir. 44 gün sürən Vətən müharibəsi hər bir azərbaycanlının yaddaşında qürur mənbəyi kimi xatırlanacaqdır. Bu gün vətən uğrunda can alıb can verən igid oğullarımızın bayramıdır. Torpaq uğrunda şəhid olan, qazi olan hər bir qəhrəman qədirbilən Azərbaycan xalqının qəlbində əbədiyyən yaşayacaqdır. Vətən uğrunda “bir ölüb min diriləcəyik”, hələ neçə-neçə Yusiflər, Çingizlər, Salatınlar, Mübarizlər, Fəridlər,Poladlar, Xudayarlar doğulacaq və onların timsalında şəhid olan igidlərimizin müqəddəs ruhları bu məmləkət üzərində şad dolanacaqdır. Ali Baş Komandanın qətiyyətli mövqeyi və uzaqgörən siyasəti nəticəsində Qarabağımızda üçrəngli bayrağımızı dalğalandıran Rəşadətli Ordumuza eşq olsun!
Arzu Abdullayev,
Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-03-2025