Dövlət və özəl ali təhsil müəssisələrinin plan yerlərinin dolma göstəricisi açıqlanıb
Tarix: 28-06-2021 | Saat: 14:34
Bölmə:Təhsil | çapa göndər
İmtahanların nəticələrinə əsasən, özəl ali təhsil müəssisələrinin plan yerlərinin dolma göstəricisi 73.37 faiz olub. Ayrı-ayrı ixtisas qruplarında plan yerlərinin dolma faizləri fərqlidir.
Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu göstəricilər I qrupda 66.38, II qrupda 59.34, III qrupda 95.98, IV qrupda 56.63, V qrupda isə 93.91 faizə bərabərdir. Qeyd etmək lazımdır ki, ixtisas seçimində iştirak edən abituriyentlərin bir hissəsi (I qrupda 174 nəfər, IV qrupda 12 nəfər) özəl ali təhsil müəssisələri ilə müqayisədə dövlət orta ixtisas təhsili müəssisələrinə üstünlük verib. Abituriyentlərin belə gözlənilməz seçim etmələrinin bir çox səbəbləri var. Bunların sırasında təhsil haqqını, diplomun əmək bazarındakı dəyərini, ali təhsil müəssisəsində təhsilin səviyyəsini və s. göstərmək mümkündür.
Özəl ali təhsil müəssisələrindən fərqli olaraq dövlət ali təhsil müəssisələrinin plan yerlərinin dolma faizi ümumilikdə 88.45 faiz olub. Ən yüksək göstərici V ixtisas qrupunda (96.08 faiz), ən aşağı göstərici isə II ixtisas qrupunda (83.76 faiz) qeydə alınıb.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu
15-11-2024