Mobil versiya
İnanıram ki, “Yüksəliş”çərçivəsində əldə edilən nəticələr kadr potensialına töhfə verəcək - Nazir
Tarix: 28-06-2021 | Saat: 13:41
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

İnanıram ki, “Yüksəliş”çərçivəsində əldə edilən nəticələr kadr potensialına töhfə verəcək - Nazir

İnanıram ki, layihə çərçivəsində əldə edilən nəticələr ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasına, kadr potensialının səmərəliliyinin artmasına və ölkəmizin dayanıqlı iqtisadi inkişafına töhfə verəcək.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, yarımfinalçılarla Azərbaycan iqtisadiyyatının inkişaf prioritetləri barədə müzakirələr aparılıb:

“Ölkəmizdə peşəkar kadrların üzə çıxarılması, innovativ idarəçiliyin və intellektual resursların dəstəklənməsi kimi mühüm məqsədlərə xidmət edən “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir, iştirakçıların idarəçilik potensialı qiymətləndirilir".

M.Cabbarov müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024