Mobil versiya
ÜST rəhbəri: Vaksinlər bərabər dərəcədə əlçatan olsa, dünyada pandemiyaya qarşı mübarizə asanlaşardı
Tarix: 28-06-2021 | Saat: 13:30
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

ÜST rəhbəri: Vaksinlər bərabər dərəcədə əlçatan olsa, dünyada pandemiyaya qarşı mübarizə asanlaşardı

Dünyada vaksinləmə eyni dərəcədə əlçatan olsaydı, koronavirus pandemiyasına qarşı mübarizə asanlaşardı.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Gebreyesus bu fikri Cenevrə Diplomatiya Məktəbində ona fəxri doktor adı verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə söyləyib.

ÜST rəhbəri deyib: “Acı həqiqət budur ki, əgər vaksinlər bərabər paylansaydı, biz indiyə qədər pandemiyanı nəzarətə götürə bilərdik”.

Gebreyesusun sözlərinə görə, vaksinlərlə bağlı böhran dünyada koronavirus pandemiyasına qarşı mübarizədə ən zəif cəhətimizdir. ÜST rəhbəri qlobal həmrəyliyin lazımi səviyyədə olmamasına, həmçinin bu fakta diqqəti cəlb edib ki, dünya ölkələri arasında bioloji nümunələr, resurslar, texnologiyalar və yeni vasitələr barədə informasiya mübadiləsi lazımi səviyyədə deyil. Böyük maliyyə resursları və geosiyasi imkanları olan dövlətlər vaksinlərin təchizatına qlobal nəzarəti ələ keçiriblər, lakin dünyadakı yoxsulların əksəriyyəti unudulub.

Baş direktor bazar günü ÜST-nin Kampalada (Uqanda) keçirilən regional sammitində onlayn formatda çıxışında da vaksinlərin bölgüsündə ədalətsizlik probleminə toxunub. Gebreyesusun nitqinin mətni təşkilatın mətbuat xidməti tərəfindən yayılıb. ÜST-nin rəhbəri qeyd edib ki, gəlirləri yüksək olan ölkələr öz əhalisinin geniş təbəqələrini vaksinləşdirib, səhiyyədə və sosial sahədə məhdudlaşdırma tədbirlərini yumşaltmağa başlayıblar. Gəlirləri aşağı səviyyədə olan dövlətlər isə hətta öz əhalisinin ən həssas və riskli üçün hələ də yetərincə vaksin əldə edə bilməyiblər.

Baş direktor deyib: “Nəticədə pandemiya iki istiqamət üzrə inkişaf edir. Afrikada pandemiyanın üçüncü dalğası sürətlə yayılmaqdadır. Burada COVID-19-a yoluxma hallarının sayının artması həyəcan doğurur. Qitə ölkələrinin sakinlərinə 45 milyon dozadan çox vaksin verilib, lakin bu, dünyada vaksinləşdirilmiş insanların ümumi sayının cəmi 1,6 faizi deməkdir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024