Mobil versiya
Təhsil Nazirliyi: Şagirdlərimiz Avropa Fizika Olimpiadasında uğurla çıxış edərək medal qazanıblar
Tarix: 28-06-2021 | Saat: 09:33
Bölmə:Təhsil | çapa göndər

Təhsil Nazirliyi: Şagirdlərimiz Avropa Fizika Olimpiadasında uğurla çıxış edərək medal qazanıblar

Latviyada keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO 2021) Azərbaycan məktəbliləri uğurla çıxış edərək 2 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdləri Sirac Yəhyazadə və Murad Bəşirov olimpiadanın bürünc medalına, Gənc İstedadlar liseyinin X sinif şagirdi Rəfsan Həbibullayev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Rüfət Məmmədov olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.

Qeyd edək ki, şagirdlər Təhsil Nazirliyi tərəfindən yaradılan Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləridirlər.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024