Mobil versiya
"Banklar heç bir güzəştə getmək istəmir"
Tarix: 26-04-2016 | Saat: 15:11
Bölmə:İqtisadiyyat | çapa göndər

"Banklar heç bir güzəştə getmək istəmir"


Dövlətin dəstəyi olmasa, vətəndaşların devalvasiyadan sonra kreditlərin məbləğinə əlavə edilmiş pulu qaytaracağı inandırıcı görünmir.

Aia.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Ekspert qeyd edib ki, Mərkəzi Bankdan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası da dollar ilə kredit götürənlərə "bəd xəbər" verdi ki, kompensasiya gözlənilmir. Hal-hazırda kreditlərin məbləği 19,7 milyard manatdır. Ümumi kredit portfelində xarici valyutaların payını nəzərə aldıqda, görərik ki, söhbət ikinci devalvasiyadan sonra yaranan 3,5 milyard manatlıq fərqdən gedir: "Həm Mərkəzi Bank, həm də Palata bu fərqin banklarla vətəndaşlar tərəfindən qarşılanacağını güman edir. Banklar heç bir güzəştə getmək istəmir və praktik olaraq getmirlər. Müştərilərin isə heç də hamısı belə böyük fərqi qarşılamaq imkanlarına malik deyil. Nəzərə almaq lazımdır ki, 2015-ci ilin əvvəlində10 min dollar kredit götürən şəxsə bank 7800 manat veribsə, indi əsas məbləğ faizlər hesablanmadan 15 min manat olub. 10 min dollarlıq kredit üzrə təkcə əsas məbləğdə 7200 manat fərq var. Deməli, il yarım öncə 7800 manat kredit götürən şəxs faizlər ilə birlikdə banka 20 min manatdan çox pul ödəməlidir. Məncə, bu rəqəmlərin müzakirəsi artıq bütün reallıqları göstərir: 10 min dollara görə əsas məbləğdən başqa 12 200 manat əlavə pul. Aydın görünür ki, dövlətin dəstəyi olmadan bu kreditlərin qaytarılacağı inandırıcı görünmür".
İqtisadçının fikrincə, bəzi ölkələrdəki kimi, Azərbaycanda da dövlət həmin məbləği kompensasiya edə bilər: "Bir sıra kredit kateqoriyaları üzrə kompensasiya həyata keçirən Qırğızıstan və Qazaxıstan təcrübəsindən Mərkəzi Bank yararlanmaq istəməsə də, 2008-ci il qlobal maliyyə böhranı dövrü 1 trilyon dollar həcmində stimullaşdırıcı paket reallaşdıran ABŞ-ın nümunəsinə müraciət edə bilər"

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə