Mobil versiya
Binəqədidə müxtəlif təyinatlı mağazaların yerləşdiyi binada yanğın olub
Tarix: 28-06-2021 | Saat: 08:30
Bölmə:Ölkə | çapa göndər

Binəqədidə müxtəlif təyinatlı mağazaların yerləşdiyi binada yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 2000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı (inşaat və ərzaq malları mağazaları və s.) ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində sahəsi 28 m² olan inşaat malları mağazasının lambirindən ibarət tavanı və içərisində hər birinin tutumu 1 litr olan 7 ədəd boya çəlləyi yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025