“Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
Tarix: 25-06-2021 | Saat: 19:20
Bölmə:İqtisadiyyat | çapa göndər
İşğaldan azad edilmiş ərazilərin enerji təminatı məsələlərinin həllində zəruri koordinasiyanın təmin edilməsi məqsədilə İdarələrarası Mərkəzdə yaradılmış “Enerji təminatı məsələləri” İşçi Qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
Aia.az xəbər verir ki, iclasda ölkəmizin işğaldan azad edilmiş ərazilərində enerji infrastrukturunun bərpası və yenidənqurulması ilə bağlı görülmüş işlər, regionun enerji potensialından səmərəli istifadə olunması üzrə həyata keçirilmiş tədbirlər və bu ərazilərin dayanıqlı enerji təminatına nail olunması istiqamətində atılacaq növbəti addımlar barədə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin məruzələri dinlənilib.
İşğaldan azad edilmiş ərazilərində enerji infrastrukturunun bərpası ilə bağlı işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına, xüsusi ilə yanğın təhlükəsizliyi məsələlərinə diqqət yetirilməsinin zəruriliyi vurğulanıb.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli 2620 nömrəli Sərəncamından irəli gələn vəzifələrin icrası barədə müzakirələr aparılıb, Yaponiyanın “TEPSCO” şirkətinin təqdimatı dinlənilib.
İclasda İşçi Qrupunun ötən iclaslarında qəbul edilmiş qərarların icrası ilə bağlı görülən tədbirlər, “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının tikintisi ilə bağlı görülən işlər, Şuşa şəhərinin istilik təchizatına dair layihələndimə işlərinin gedişi haqqında məlumat verilib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı”nın müvafiq hissəsinin icrasına dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu