AZ RU Mobil versiya
Bakıda yük maşınlarından akkumlyator oğurlayan dəstə saxlanıldı
Tarix: 25-06-2021 | Saat: 15:47
Bölmə:Gündəm | çapa göndər

Bakıda yük maşınlarından akkumlyator oğurlayan dəstə saxlanıldı


Qaradağ rayonu Qobustan qəsəbəsində iyun ayının 20-dən 23-dək olan müddətdə 11 vətəndaşa məxsus yük avtomobilinin akkumlyatorları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Aia.az-a verilən məlumata görə, zərərçəkən sürücülər ərazi üzrə Qaradağ Rayon Polis İdarəsi və 11-ci Polis Bölməsinə məlumat verən kimi hadisələri törədən şəxslərin axtarışlarına başlanılıb. Qaradağ RPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları etməkdə şübhəli bilinən paytaxt sakini İlkin Əzizov, Abşeron rayon sakini əvvəllər məhkum olunmuş Sərxan Abbasov və Siyəzən rayon sakini əvvəllər məhkum olunmuş Şəhriyar Yusifov saxlanılıblar.

Onlar ifadələrində Qobustan qəsəbəsində oğurladıqları akkumlyatorları Binəqədi rayonunda əlvan metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər.
Faktlarla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanlıb. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

6147 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2021
03-08-2021