AZ RU Mobil versiya
Avro-2020-yə vida edən ulduzlar
Tarix: 24-06-2021 | Saat: 15:07
Bölmə:İdman | çapa göndər

Avro-2020-yə vida edən ulduzlar


Avro-2020-nin qrup mərhələsinin başa çatması ilə 8 komanda üçün yarış bitdi. Aia.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu komandalar Türkiyə, Polşa, Macarıstan, Finlandiya, Rusiya, Şimali Makedoniya, Şotlandiya, Slovakiyadır.

Bu komandaların heyətində yer alan ulduz futbolçular üçün də qitə birinciliyi başa çatdı. Azarkeşlərin oyunlarını maraqla gözlədiyi həmin futbolçuları sizə təqdim edirik:

Robert Levandovski - Polşa yığmasının ulduzundan "Bavariya"da keçirdiyi əla mövsümdən sonra Avro-2020-də də ondan uğurlu oyun gözlənilirdi. Düzdür, Leva İsveçlə matçda 2 qol vuraraq komandası üçün bərabərlik və ümid yaratdı. Lakin komandanın zəif çıxışı fonunda ulduz forvard da yarışa əlvida dedi. Endryu Robertson - "Liverpul"un və Şotlandiya millisinin 27 yaşlı ulduzu üçün də qitə çempionatı erkən başa çatdı. Milli komandasının qrupda qalması ilə o da vətəninə yollandı.

Marek Hamşik - Slovakiya yığmasının kapitanı artıq Türkiyənin "Trabzonspor" klubunda çıxış edəcək. O da komandası ilə növbəti mərhələyə adlaya bilmədi. Uzun illər "Napoli"nin şərəfini qorumuş yarımmüdafiəçi üçün də çempionat bitdi.

Adam Salai - Macarıstan yığmasının ulduzu qitə yarışında cəmi 1 qolla yadda qaldı. Almaniya yığmasının qapısına vurduğu gözəl baş zərbəsi ilə komandasını önə çıxarsa da, sonradan bundestim bərabərliyi təmin etdi və macarlar qrupda qaldı.

Milan Şkrinyar - Slovakiya millisinin və İtaliya "İnter"inin ulduz müdafiəçisi üçün də Avro-2020 uğurlu olmadı.

Voyçex Şensni - Polşanın uğursuz çıxışı fonunda "Yuventus"un ulduz qapıçısı da növbəti mərhələni görə bilmədi.

Hakan Çalhanoğlu - Son günlərin ən çox gündəmdəki futbolçularından biri olan türkiyə millisinin ulduzu gözəl qolları ilə tanınsa da, Avropa çempionatında bunu bacarmadı. Ötən mövsümü "Milan"da keçirib artıq "İnter"lə müqavilə imzalayan yarımmüdafiəçi də "ay ulduzlar"ın gözlənilməz oyunu fonunda kölgədə qaldı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

467 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-07-2021
22-07-2021