Səttar Möhbalıyev: "Azərbaycanın iqtisadi yüksəlişindən dünyaya açılan yeni üfüqlər"
Tarix: 27-09-2026 | Saat: 14:17
Bölmə:Manşet / Siyasət | çapa göndər

Dünyanın iqtisadi xəritəsi sürətlə dəyişir. Təchizat zəncirləri yenidən qurulur, yeni nəqliyyat və enerji marşrutları meydana çıxır, investisiya qərarlarında sabitlik və proqnozlaşdırılan mühit əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Belə bir mürəkkəb dövrdə Bakının beynəlxalq investisiya dialoqunun mühüm ünvanlarından birinə çevrilməsi təsadüfi deyil.
Bu sözləri aia.az verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, sentyabrın 26-da cənab Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda təşkil olunan tədbir də məhz bu reallığın ifadəsi idi. Rəsmi məlumatda forumun əsas məqsədlərindən biri qlobal dəyişikliklər fonunda sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqların investisiyalar üçün əhəmiyyətini müzakirə etmək kimi təqdim olunub. Bu baxımdan Bakıda səslənən fikirlər sadəcə investorlarla aparılan dialoq deyildi. Burada Azərbaycanın son onilliklərdə keçdiyi iqtisadi yolun nəticələri ilə qarşıdakı mərhələnin hədəfləri bir-birinə bağlandı. Forumun moderatoru Adebayo Oqunlesinin Azərbaycan iqtisadiyyatının son iyirmi ildən artıq müddətdə keçdiyi inkişaf yolunu konkret göstəricilərlə təqdim etməsi diqqətəlayiq idi. Onun təqdimatına görə, ölkənin ÜDM-i 7 milyard dollardan 76 milyard dollara yüksəlib, adambaşına düşən ÜDM 900 dollardan 7500 dollara çatıb, yoxsulluğun səviyyəsi isə 45 faizdən 5 faizə enib. Dövlət Neft Fondunun aktivləri də 840 milyon dollardan 75 milyard dollara qədər artıb. Bu rəqəmlərin hər biri ayrıca iqtisadi göstəricidir. Lakin onların bütövlükdə ifadə etdiyi məna daha genişdir: Azərbaycan son illərdə iqtisadi potensialını tədricən real maliyyə və inkişaf imkanlarına çevirə bilib. Cənab Prezident İlham Əliyevin çıxışında bu məsələnin mühüm tərəfi də məhz belə ifadə olundu: görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem olmasaydı, gələcək haqqında danışmaq çətin olardı. Dövlət başçısı Azərbaycanın son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etdiyini, bunun yarısının birbaşa xarici investisiyalar olduğunu bildirdi. Deməli, bugünkü investisiya mühiti dünən yaradılıb. Bu gün investor qarşısında təqdim olunan imkanların arxasında illərlə formalaşdırılmış infrastruktur, maliyyə dayanıqlığı, enerji sistemi, nəqliyyat şəbəkəsi və institusional mühit dayanır. Bu gün qeyri-neft-qaz sektorunun ÜDM-də payının 70 faizdən çox olması iqtisadi strukturda baş verən dəyişikliklərdən xəbər verir. Cənab Prezidentin forumdakı çıxışında isə növbəti mərhələnin daha da dərinləşdirilməsi üçün bərpaolunan enerji, logistika, nəqliyyat, mədənçilik, rəqəmsal iqtisadiyyat, süni intellekt və ərzaq təhlükəsizliyi kimi sahələr önə çəkildi. Bu mənada Azərbaycanın investisiya siyasəti yalnız “kapital cəlb etmək” anlayışı ilə məhdudlaşmır. Cənab Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində də vurğulandığı kimi, Azərbaycan texnologiyanı, təcrübəni, innovasiyanı və yeni bazarlara çıxışı da investisiya əməkdaşlığının mühüm nəticələri kimi qiymətləndirir. Bu yanaşma iqtisadiyyatın gələcək modelinin mahiyyətini göstərir: sərmayə yalnız pul deyil, həm də bilik, texnologiya, idarəetmə təcrübəsi və insan kapitalıdır. Azərbaycanın qarşısında açılan imkanların başqa bir mühüm istiqaməti onun coğrafi mövqeyi ilə bağlıdır. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan artıq öz coğrafiyasını sadəcə yerləşmə faktı kimi deyil, iqtisadi üstünlük kimi təqdim edir. Bunun üçün isə təkcə xəritədə əlverişli mövqe kifayət etmir. Dəmir yolları, limanlar, avtomobil yolları, hava nəqliyyatı, gömrük və rəqəmsal idarəetmə sistemi vahid bağlantı mexanizminə çevrilməlidir. Cənab Prezidentindediyi kimi, Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır və ölkə ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatacağı gözlənilir. 2030-cu ilədək isə hər iki istiqamətdə daşımaların həcminin 25 milyon tona və daha yüksək səviyyəyə çatdırılması hədəflənir. Bu rəqəmlər Azərbaycanın gələcək iqtisadi rolunun yalnız daxili bazarla məhdudlaşmadığını göstərir. Azərbaycan özünü regional istehsal, logistika, enerji və ticarət əlaqələrinin qovşağı kimi formalaşdırmağa çalışır.
Millət vkili onu da bildirib ki, investor üçün yolun uzunluğu qədər həmin yolun nə qədər təhlükəsiz və proqnozlaşdırılan olması da əhəmiyyətlidir. Cənab Prezident İlham Əliyev forumda siyasi və iqtisadi sabitliyi, maliyyə sisteminin dayanıqlığını, aşağı dövlət borcunu və valyuta sabitliyini Azərbaycanın əsas üstünlükləri sırasında göstərdi. Burada mühüm bir məqam var: investisiya etimadı yalnız verilən vədlərlə formalaşmır. O, uzun müddət ərzində əldə olunan təcrübənin, bağlanmış müqavilələrin, yaradılmış infrastrukturun və yerinə yetirilən öhdəliklərin nəticəsində meydana çıxır. Forumun özünün Bakıda keçirilməsi də bu mənada simvolik məna daşıyır. Çünki Azərbaycan xarici auditoriyaya özünü uzaqdan təqdim etməklə kifayətlənmir. Azərbaycanın iqtisadi inkişafında diqqət çəkən cəhətlərdən biri də gələcəyə baxışın artıq konkret istiqamətlər üzrə formalaşdırılmasıdır. Bu gün ölkənin qarşısında duran məsələ sadəcə daha çox investisiya cəlb etmək deyil. Əsas məsələ həmin investisiyanın iqtisadiyyatın yeni sahələrinə yönəldilməsi, qeyri-neft ixracının genişləndirilməsi, yüksək texnologiyaların tətbiqi və insan kapitalının gücləndirilməsidir. Cənab Prezidentin çıxışında xüsusilə insan kapitalına verilən əhəmiyyət də təsadüfi deyil. Dövlət başçısı peşəkar və ixtisaslı kadrlar olmadan qarşıya qoyulan məqsədlərə çatmağın mümkün olmadığını bildirdi. Azərbaycanda təhsil, Kibertəhlükəsizlik Mərkəzi və xaricdə təhsil proqramları vasitəsilə insan potensialının gücləndirilməsi də gələcək iqtisadi modelin tərkib hissəsi kimi təqdim edildi. Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Bakıda keçirilməsi bir həqiqəti önə çıxardı: Azərbaycanın iqtisadi gündəliyi artıq yalnız bu günün göstəriciləri ilə ölçülmür. Bu gündəliyin mərkəzində gələcəyin iqtisadiyyatı dayanır. Etimad sərmayəyə, sərmayə inkişafa, inkişaf isə yeni imkanlara çevrilir-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-09-2026
12:00 Bir dəqiqəlik sükut...