Mobil versiya
Millimiz DÇ-nin 1/4 final mərhələsində
Tarix: 23-06-2021 | Saat: 16:38
Bölmə:İdman | çapa göndər

Millimiz DÇ-nin 1/4 final mərhələsində

Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Aia.Az qafqazinfo-ya istinadən xəbər verir ki, D qrupunda mübarizə aparan yığma Portuqaliyanın Nazare şəhərində Estoniya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub. Digər qolu isə rəqib öz qapısından keçirib. Beləliklə, xallarının sayını 6-ya yüksəldən Azərbaycan millisi 1/4 finala yüksəlib.

Qrupun digər qarşılaşmasında İsveçrə və Fransa komandaları üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl İsveçrəyə 5:8 hesabı ilə uduzub, Fransaya isə qalib gəlib - 2:0.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024