Mobil versiya
Məşhurların İnstaqramdakı reklam qiymətləri - Siyahı
Tarix: 23-06-2021 | Saat: 08:06
Bölmə:Şou-biznes | çapa göndər

Məşhurların İnstaqramdakı reklam qiymətləri - Siyahı

Şou-biznes nümayəndələrinin gəlir yerləri sırasına İnstaqram səhifələri də daxildir. Onlar şəxsi profillərində müxtəlif qiymətə reklam yayımlayırlar.

AİA.Az axşam.az-a istinadən xəbər verir ki, MTV sənət adamları arasında sorğu apararaq, onların İnstaqramdakı reklam qiymətlərini öyrənib.

Müğənni Sevda Yahyayeva bildirib ki, çox reklam təklifi alır. Amma o, hər şeyi qəbul etmədiyini söyləyib. "Gələn təkliflərdə seçiciyəm. Hər şey yayımlamıram" deyə, ifaçı deyib.

Aparıcı Çinarə Əliyeva "hekayə" bölümündə bir paylaşımı 300 manata etdiyini deyib. Əsas səhifədə bir reklam min manatdır.

Aktrisa Pərvin Abıyeva əsas səhifədə qiyməti gizli saxlayıb. O bildirib ki, "hekayə" bölümündə bir post 500 manatdır. Əgər aktrisa özü də reklamda yer alacaqsa, qiymət iki qat bahadır.

Müğənni Xatun Əliyeva isə "hekayə" bölümündə 500-1000 manata paylaşım edir. Əsas səhifədə isə özü olmasa 1500, özü də yer alarsa 2 min manatdır.

Müğənni Nazənin isə "hekayə" bölümündə bir paylaşıma 3 min manat qiymət qoyub. O bildirib ki, ya yüksək məbləğə razılaşır, ya da pulsuz paylaşım edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024