Mobil versiya
Polşa koronavirusun "Delta" ştammına görə Britaniyadan gələnlər üçün yeddi günlük karantin tətbiq edib
Tarix: 23-06-2021 | Saat: 08:03
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Polşa koronavirusun "Delta" ştammına görə Britaniyadan gələnlər üçün yeddi günlük karantin tətbiq edib

Polşa hakimiyyəti Böyük Britaniyada koronavirusun Hindistan ştammının yayılması səbəbindən bu ölkədən gələnlər üçün məcburi yeddi günlük karantin tətbiq edilməsinə qərar verib.

Bunun bağlı qərar barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Nazirliyin mətbuat katibi Voyçex Andruseviçin sözlərinə görə, qərarın mahiyyəti ondan ibarətdir ki, Britaniyadan gələnlər yalnız yeddi günlük karantində qaldıqdan sonra test verə biləcəklər.

Qeyd edək ki, koronavirusun "Delta" versiyası ilk dəfə Hindistanda keçən oktyabr ayında aşkar edilib və bu ştamm daha çox "Hindistan ştammı" adlandırılır. Bu versiyanın insanlara koronavirusa qarşı peyvəndi edildikdən sonra belə yoluxma qabiliyyətinə malik olduğu bildirilir.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024