Hafis Bəşirov: “Peyvənd pandemiyaya qarşı mübarizədə ən effektiv silahımızdır”
Tarix: 22-06-2021 | Saat: 17:53
Bölmə:Gündəm | çapa göndər
![Hafis Bəşirov: “Peyvənd pandemiyaya qarşı mübarizədə ən effektiv silahımızdır”](/uploads/posts/2021-03/1614671495_49.jpg)
“Azərbaycan pandemiya ilə mübarizədə hər zaman dünyada daha effektiv nəticələrlə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasında olub. Hətta bəzi inkişaf etmiş ölklər də koronavirus infeksiyasına qarşı mübarizədə məhz Azərbaycan modelini örnək olaraq qəbul ediblər. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti pandemiyanın fəsadlarını minimuma endirmək üçün bütün zəruri qabaqlayıcı tədbirləri vaxtında və yüksək effektivliklə həyata keçirib. O cümlədən Azərbaycan regionda əhalinin vaksinasiyasına start verən ilk ölkə olub. Dövlət başçımızın böyük uzaqgörənliklə ölkəmizi vaxtında daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib və bu gün dünyada peyvənd preparatlarının defisiti yaşandığı halda belə ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri, Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının Baş həkimin müavini Hafis Bəşirov deyib.
Hakim partiya təmsilçisi bildirib ki, insanlar peyvənd məsələsində son dərəcə məsuliyyətli olmalı, vaksinasiyaya ciddi yanaşmalıdırlar: “Bu bir danılmaz faktdır ki, vaksin vurulması həm insanın özünü, həm də ətrafındakıları yoluxucu xəstəliklərdən qorumaq üçün ən yaxşı, bəzi hallarda isə yeganə üsuldur. O cümlədən bu gün dünyanı təhdid edən COVID-19 virusu ona yoluxmuş insanı 1 və ya 2 həftə xəstə etməklə, həmin xəstənin qohumları, uşaqları və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir. Hətta gənc və sağlam insanlar da xəstələnə və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Halbuki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan ən təhlükəsiz vasitədir. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi tədbirlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər isə immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir.”
Həmçinin Hafis Bəşirov qeyd edib ki, yoluxucu xəstəliklər hələ qədim dövrlərdən bəşəriyyəti daima təhdid edib, mütəmadi olaraq dünyanın bu və ya digər bölgəsində yayılaraq yüz minlərlə insanın həyatına son qoyublar: “İnsan cəmiyyətləri hər zaman ağır infeksion xəstəliklərin kütləvi yayılma halları ilə üz-üzə qalıblar. Hələ qədim zamanlardan müxtəlif təhlükəli infeksiyaların daşıyıcıları olan viruslar bir çox dövlətlərin ərazilərində yüz minlərlə insanın həyatına son qoyublar. Tarixdə belə faktlar kifayət qədər çoxdur. Məsələn, 1346-1352-ci illərdə Avropa əhalisinin 25-30% i vəba xəstəliyindən ölüb. 1576-77-ci illərdə Meksikada 2 milyondan çox hindu səpmə yatalaqdan ölmüşdür. Başqa bir qorxunc statistika - vəba epidemiyası XİX əsrdə yayılmağa başlayandan bəri 10 milyonlarla insanın həyatına son qoymuşdur. Sadəcə Rusiyada 1847-1851-ci illər arasında 1 milyondan çox insan vəbadan dünyasını dəyişmişdir. Xəstəlik 1827-1835-ci illər arasında davam edən ikinci pandemiya dövründə 150000 amerikalının həyatına son qoymuşdur. Hindistanda 1900-1920-ci illər arasında 8 milyondan çox insan vəbadan dünyasını dəyişmişdir. Belə nümunələrdən çox göstərmək olar. Lakin bütün bu baş verənlərdə bir ümumi vacib olan məqam var ki, bu da bəşəriyyətin bu cür bəlalardan məhz vaksinasiya yolu ilə xilas ola bilməsidir. Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub. 1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. ÜST-in məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb. Vaksinasiyaya laqeyd münasibət hətta müasir dövrümüzdə də acı nəticələrə səbəb olur. Belə ki, 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirib. Halbuki bu, baş verməyə də bilərdi. Necə ki, cəmi bir neçə on il bundan əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu. Bu gün isə məhz kütləvi peyvəndlər sayəsində poliomielit tamamilə yox olub. Buna görə də bəşəriyyətin bu gün COVİD-19 pandemiyasından xilasının tək yolu məhz vaksinasiyadır. Unutmaq olmaz ki, əhalidə kütləvi immunitet xəstəliyə yoluxub sağalanlar və vaksin etdirənlər hesabına yaranır. Hazırda ölkəmizdə 2,9 milyon vaksinasiya olunan, 330 min nəfər isə xəstəliyə yoluxub sağalan şəxs vardır. Yalnız ölkə əhalisinin 70-80%-dən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər. İnanıram ki, xalqımız Vətən müharibəsində olduğu kimi, pandemiya ilə mübarizədə də Ölkə Prezidenti cənab İlham Əliyevin bir şüar kimi irəli sürdüyü “Biz birlikdə güclüyük!” ideyası ətrafında daha sıx birləşəcək və bu mübarizədən də qalib çıxacaq!”
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-02-2025
06-02-2025