Şəmkir rayonunda şəhid ailələri diqqət və qayğı ilə əhatələnir.
Tarix: 22-06-2021 | Saat: 09:15
Bölmə:Ölkə | çapa göndər

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Şəmkir rayonunun Xuluf kəndindən olan Kapitan Qəhrəmanov Ruslan Mehman oğlunun, Əjdərli Şamxal Maarif oğlunun, Alızadə Seymur Mirzə oğlunun və Şəmkir rayonunun Ələsgərli kəndindən olan Nəbiyev Zaur Ələddin oğlunun qəbirlərini ziyarət etmişlər, sonra isə ailələri ilə görüş keçirilmişdir.
Görüşlərdə Vətən Müharibəsi şəhidlərinə, qazilərinə və iştirakçılarına qarşı cənab Prezident İlham Əliyevin doğma münasibətindən bəhs edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev demişdir ki, Şəmkir rayonunda hər bir ailə cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq diqqətdə saxlanılır, onların qarşıya çıxmış hər bir probleminə həssaslıqla yanaşılır. Fəxrəddin Vəliyev şəhid ailələrinin, onların övladlarının dövlətin qayğısını hər zaman hiss edəcəklərini vurğulamışdır.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın sosial yönümlü, vətəndaş mərkəzli siyasətindən söz açan YAP Şəmkir rayon təşkilatının fəalı Könül Həsənova bildirmişdir ki, rayonumuzda bu sahədə ciddi iş aparılmaqdadır. İstər Vətən Müharibəsi ərəfəsində, istərsə də post-müharibə dövründə xalqımız bir amal uğrunda öz rəhbərinin ətrafında monolit şəkildə birləşməyi bacarmışdır. Könül Həsənova əlavə etmişdir ki, şəhidlərimiz vətən torpağına, övladları isə bizlərə əmanətdir.
YAP Şəmkir rayon təşkilatının Aparat rəhbəri Şövqi Həsənov dövlətin qayğısı nəticəsində şəhid ailələri və qazilərin bütün cari problemlərinin qısa zamanda həll olundğunu diqqətə çatdırmışdır.
Sonda şəhid ailələri Dövlət başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-03-2025